Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

100 manatlıq gəlirin 125 manatlıq vergisi Dünyada görünməmiş biabırçılıq FELYETON

100 manatlıq gəlirin 125 manatlıq vergisi Dünyada görünməmiş biabırçılıq FELYETON

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Sosial şəbəkələrə baxanda görürəm ki, maraqsız mövzularda bir-birinizi qırırsınız, gəlin sizə dünya tarixində görünməmiş biabırçılıq haqda maraqlı bir hekayə danışım, oxuyun feyziyab olun. Znaçit tak. Biri var idi, biri yox idi, Kamran adlı bir yəxçi qaqaş var idi. Bu oğlan ali təhsilli olmasına baxmayaraq, heç yerdə iş tapa bilmirdi, neyləyim, necə eləyim, axırda kreditlə özünə bir ucuzvarı fotoaparat götürür ki, bəzi tədbirlərdə çəkiliş edib beşdən-üşdən qazansın, uşaqlar acından ölməsin.

Elə işə başlamaq üçün sosial şəbəkədə elan verən kimi, dost siyahısında olan vergi orqanının əməkdaşı tanış cənab buna deyir kin, bəs fəaliyyətin qanuni olmalıdır ona görə də xidmət haqqını nağd pul formasında ala bilməzsən, VÖİN və bank hesabı açmalı, Asan imza nömrəsi almalısan, sifarişçi ilə xidməti müqavilə bağlamalısan, xidmət haqqın VÖİN hesabına köçürülməlidir və o puldan da bank xərclərini ödəyəndən sonra dövlətin vergi, sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta kimi çoxsaylı ödənişlərini ödəməlisən, yoxsa haqqında ciddi qanuni tədbirlər görüləcəkdir. Kamran deyir, xub, nə deyirik ki, dövlətə canımız da qurbandı.

Dostundan borc alır, gedib VÖİN açdırır, bank hesabı açdırır, 30 manatına da Asan imza nömrəsi alır. Öz-özünə fikirləşir ki, ayə bu hoqqadı görən. Verginin elektron sisteminə kod-parolla daxil olub əməliyyat aparmaq mümkündürsə, camaatı niyə məcbur edirlər 30 manat verib Asan nömrə almağa, üstəlik ildə də 30 manat abunə haqqı keçirməyə? Bu suala bir düzəməlli cavab tapa bilməyib qalır naçar.

Günlərin bir günü əlində fotoaparat da siftə sifarişi gözləyərkən, bir gombul əmi gəlib buna deyir ki, bəs mənim bir işim var, onu görə bilərsənmi. Kamran da deyir ki, nöş eləmirəm əmican, əlimizdə dögül? Anasını da ağladaram. Gombul əmi deyir ki, bəs yarım ay sonra yubileyim olacaqdır, gəlib mərasimdə bir miqdar foto çəkərsən, mən də sənə 100 manat ödəyəcəm. Kamran deyir, baş üstə, ancaq gərəkdir ki, qanuni edək işi, çünki hökumət cənabları özü belə məsləhət görmüşdür. Əmi deyir ki, problem yoxdur, nətər məshələtdi.

Bu minvalla öz aralarında xidməti müqavilə bağlayırlar, bu o adamın işini görür, o da qanuni şəkildə bunun VÖİN hesabına 100 manat maliyyə vəsaiti əldən qoyur. Kamran sevincək fikirləşir ki, əla oldu ey, bu ay bir manat qazanc olmamışdı, indi bu 100 manatı götürüb dostunun 30 manatını qaytarar, fotoaparatın aylıq krediti olan 40 manatı ödəyər, sonra vergi filan xərcləri ödəyər, qalan 5-10 manata da çörəkdən, pendirdən bir kısmat ərzaq alar ki, bir çətən külfət acından planeti dəyişməsin.

Nə isə, pulu bank hesabından çıxarır, öz-özünə xəyal eyləyir ki, gərəkdir əvvəl hökumətin vergisini filanı keçirim, hər halda uzağı 10 manat tutar də, 40 kredit, 30 da borcu çıxsam, 20 manat qalar mənə evə ərzaq alaram. Amma deyir sən daydığını say, gör vergi sistemi nə sayır. Kamran vergi hesabatı və ödənişini eləmək istəyəndə bu dünyanın gəlmiş-keçmiş bütün tarixi boyu mövcud olmuş ən qəliz vergi sistemindən baş açammır. Gedib bir tanış mühasibə deyir ki, “ayqa, gəl mənim hökumətlə haqq-hesabımı həll eləyək, nolar”.

Mühasib baxır ki, ala 100 manatdan buna nə qalacaq ki, mənə də xidmət haqqı versin, əvvəl bir az nəm-nüm eləyir, sonra görür bu əl çəkmir, deyir “yaxşı, başqalarına bu işin qiyməti 50 manatdır, amma sənin işini cəmi cümlətanı 25 manata həll edərəm”. Bu minvalla kalkulyatoru qoyur qabağına hesablayır və buna deyir kin, “qaqa, sən bu 100 manat gəlirindən hökumətə vergi, sosial sığorta, tibbi sığorta və işsizlikdən sığorta üçün 125 manat ödəməlisən. 25 manat da mənə verəjəhsən. Koroçe, vsevo 150-cə manat düş bəri görüm”.

Bunu eşidəndə Kamraın beyni qızır, qəzəblə bağırır ki, “aya, a kişi, sən məni dolamısan? Bu 100 manatın 150 manatı necə olur?” Mühasib deyir kin, “mənə dəxli yoxdur, hökumət və parlament cənabları özü bu qərarı qəbul edibdir, Vergilər Məcəlləsində də necə lazımdı yazılıbdır. Xoşun gəlmir, xoş getdin”. Kamran deyir “qaqa mən 100 manatdan 150 manat verəmmərəm, belə şey dünyanın heç yerində heç vaxt olmamışdır, çünki praktiki, hətta nəzəri cəhətdən də mümkün deyildir, ona görə də vermiyəjəm, istəyirlər məni güllələsinlər”. Mühasib görür vəziyyət xarabdır, deyir ki, “burcutmağın xeyri yoxdur qaqa, yaxşı mən öz 25-mi istəmirəm, amma 125 manatı ölsən də alacaqlar səndən. Get sələmə gir, bankdan borc götür, qazandığını da üstünə qoy hökumətin pulunu ödə”.

Kamran fikirləşir ki, ey dili qafil, deyəsən çox oxumaqdan və çox işləməkdən bu adamın başı xarab olmuşdur, oradan qəzəblə çıxıb gedir bir iki başqa adamdan da soruşur, deyirlər ki, bəli qayda qanun belədir, get dinməzcə pulunu ödə. Kamranın beyni qızır, gedir ki, özünü Qız qalasından əldən qoysun aşağı, canı qurtarsın, baxır ki, qalanın üstünü bağlayıblar ki, heç kim özünü buradan ata bilməsin ki, qalanın adı Oğlan qalasına çevrilməsin.

Gedir Əzizbəyov körpüsünə, oradan özünü əldən qoyur aşağı, təsadüfən oradan keçən bir yük maşınının tentinin üstünə düşür və sağ qalır, bunu aparırlar Simişka xəstəxanasına, orda da doxturlar deyirlər ki, yaxınları gəlsin pulumuzu versin, yoxsa heş zad edəsi deyilik. Nə isə, ailə üzvləri gəlir, bir neçə yüz manat tərləyəndən sonra buna bir-iki iynə-dərman vurub mürəxxəs edirlər qulluqlarından.

Axşam mühasib tanışı gəlir bunun yanına deyir “dincəldinmi qaqa, sənə dedim apar 125-i üzüsulu ver də. İndi həm neçə yüz manat getdi, həm də 125-i də verməlisən”. Kamran bu sözlərdən qəzəblənib istəyir ölkədən qaçıb xaricə gedə, birdən yadına düşür ki, quru sərhədlər 5 ildir bağlıdır. AZAL-la da getsə azı 500 manat pul lazımdır. Bu yetimdə də o qədər pul hardadı? Özü kirayədə qalır, külfət də acından ölmək üzrədir. Beləliklə, yenidən intihar fikrinə düşür.

Bu dəfə gedir özünü Vergilər Nazirliyinin qabağında yandırır. Aparıb bunu basdırırlar Zabrat qəbiristanlığında, onların da canı qurtarır bundan, özünün də. Ara yerdə hökumətin 125 manat pulu batır. Ailəsi də yas mərasimi və dəfn xərcləri üçün 5 min manat kreditə girir. Yas mərasimində adamlar danışırlar ki, bu uşağın başı uşaqlıqdan xarab imiş, durduğu yerdə gedib özünü yandırıb səy kopolu.

Yəni dediyim odur ki, haçan 100 manat qazandınızsa, bəri başdan üstünə də 25 manat borc tapıb qoyun, üzüsulu aparın hökumətin pulunu verin. 25 manat da borc tapıb mühasibə verin, çünki bizim vergi sistemindən baş açmaq üçün gərəkdir ki, mühasib təhsili alasınız. Əvvəldən də azı 30 manatın olmallıdır ki, Asan imza alasan. Yəni, 100 manat qazanacaqsansa, 180 manatı ödəməlisən. Ki, sonra Kamranın gününə düşməyəsən. Qalan 80 manatı hardan alasınız? Mən nə bilim? Hardan alırsan al, ala bilmirsən get xarakiri elə. Bəs bayaqdan ağzımda nə danışıram burda? Qəribə adamlar var ey vallah.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:404
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri