100 milyonluq layihədən sınıq salxaq monitorlar qalıb...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ötən gün “Cloudflare”də yaranan qlobal problem nəticəsində ölkədə 9 minə yaxın milli resurs çöksə də, dövlət sektorunun, XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir saniyə belə dayanmadığını təqdirəlayiq addım kimi qeyd etmişdim.
Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.
O.Gündüzün sözlərinə görə, bəziləri bunun adi hadisə olduğunu deyir, "sadəcə “Cloudflare”dən istifadə etmirlər" deyə bəsit yanaşma sərgiləyirlər:
“Məhz Azərbaycan üçün önəmli olduğuna görə, həmçinin gələcəkdə ibrət götürülməsi baxımından məsələnin mahiyyətinə bir daha diqqət yönəltmək istəyirəm.
Məsələnin mahiyyəti iki nümunədə açıq görünür:
1. XRİTDX nümunəsi və milli təhlükəsizliyi seçən doğru qərar.
İllər öncə “Cloudflare” rəsmiləri ölkəmizdə müştəri toplayarkən ucuz və şirnikləndirici təkliflərlə çıxış edirdilər. Xeyli kritik qurumlarla müqavilələr də bağlamışdılar və indi çökən saytlardan bu açıq-aşkar görsənir. XRİTDX və təhlükəsizliyə cavabdeh digər dövlət strukturları isə bu təkliflərə uymadı, separat sövdələşməyə getmədi, milli təhlükəsizlik risklərini nəzərə aldı və lokal təhlükəsizlik sistemlərinə üstünlük verdilər.
Bu sistemi illər ərzində təkmilləşdirərək dayanıqlı infrastruktura çevirdilər. Nəticədə qlobal böhranda belə ölkənin kritik infrastrukturu ayaqda qaldı.
2. Nəqliyyat Nazirliyinin nümunəsi və yanlış qərarın milyonluq fəsadı.
2008-ci ildə Koreyanın SK C&C şirkətinin rəsmiləri ölkəmizdə başqa bir təkliflə, “intellektual nəqliyyat sistemi” qurmaq təklifilə o zamankı nazir Ziya Məmmədovla danışıqlar aparmışdı.
Nazir həmin şirkətlə xarici həllin Azərbaycana gətirilib tətbiqi üçün 100 milyon dollarlıq müqavilə imzaladı. 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verildi. Lakin elə ilk günlərdən sistem işləmədi və özünü doğrultmadı. Yeniləmək istədikdə isə məlum oldu ki, həmin xarici şirkət proqram təminatının ilkin kodlarını Azərbaycana verməyib. İlkin kodlar üçün daha böyük vəsaitlər tələb edildi. Güman ki, hökumət də bu vəsaitləri verməkdən imtina etdi.
Nəticə isə hamıya bəllidir. Havaya sovrulan milyonlar, iflas etmiş dövlət layihəsi, qarşıya qoyulan vəzifələrin heç birini yerinə yetirməyən “intellektual nəqliyyat sistemi” və gündəlik həyatımızn bir parçası olan tıxaclar. Bu gün həmin 100 milyonluq layihədən yalnız dayanacaqlardakı sınıq-salxaq monitorlar qalıb.
30 illik təcrübəm əsasında belə nümunələrin sayını çoxalda da bilərəm. Amma ümid edirəm, baş verənləri sadə hadisə olaraq dəyərləndirənlər üçün bu iki nümunə yetərli olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Noyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















