Icma.az
close
up
RU
100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödənişlərin artırılması üçün dövlət bəzi vergi güzəştləri tətbiq edir. Bu güzəştlərdən biri də Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasıdır. Bu qayda ev alan və ödənişini bank vasitəsilə həyata keçirən şəxslərə müəyyən məbləğdə ƏDV-nin geri qaytarılmasını nəzərdə tutur. Bəs ev alan şəxsə nə qədər ƏDV qaytarılır? ƏDV-nin ödənilməsi qaydası necə həyata keçirilir?

Bakı Karyera Mərkəzinin rəhbəri, vergi eksperti Təhməz Qaçayev Valyuta.az-a bildirdi ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması vergi məcəlləsinin 165.6-cı maddəsi ilə müəyyən olunur. Bu qaydalar isə eyni zamanda Prezidentin 25 may 2022-ci il fərmanı ilə tənzimlənir: "Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən bina tikintisi ilə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləğinin 30%-i alıcıya geri qaytarılır. Prezidentin 2022-ci il 25 may fərmanına əsasən ƏDV məbləği o halda alıcıya qaytarılır ki, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcının bank hesabına yalnız nağdsız qaydada ödənilmiş olsun. Ödəniş nağd şəkildə həyata keçirilərsə, bu halda ƏDV məbləği qayıtmır". 

Bu məsələlər üçün portal mövcuddur 

Ekspert bildirdi ki, nağdsız qaydada ödənişi həyata keçirməkdən, o cümlədən ƏDV-nin geri alınmağından ötrü portalda (//taxes.gov.az) alıcı qeydiyyatdan keçməlidir: "Satıcı da alıcıya yaşayış və ya qeyri yaşayış sahəsinin satışı ilə bağlı elektron qaimə tərtib edib göndərməlidir. Nəticədə həmin elektron qayda fakturası əsasında alıcı ödədiyi ƏDV-nin 30%-ini geri almaq hüququna malikdir. Bu əslində həm istehlakçılar, həm də vergi ödəyiciləri üzərində vergi nəzarətinin həyata keçirilməsi üçün müsbət haldır. Əsas məsələ ölkədə nağdsız ödənişləri də stimullaşdırmaqdır". 

ƏDV-nin hesablanmasından nümunə gətirək

T.Qaçayev 100 min manatlıq mənzil alışı zamanı bizə qaytarılan ƏDV məbləği üzərindən izah etdi: "Deyək ki, siz 100 000 manatlıq bir mənzil aldınız. Qanunvericiliyə əsasən 100 000 manat dəyərin tərkibində 15 254 manat ƏDV məbləği təşkil edir. Yəni, əsas məbləğ 100 000 manat deyil, ƏDV daxil məbləğ 100 000 manatdır. Əsas məbləğ isə 100 000 manatdan 15 254 manatı çıxırıq və yerdə qalan məbləğ mənzilin əsas dəyəri hesab olunur. Bizə isə həmin 15 254 manatın 30 faizi ƏDV olaraq qaytarılır. Amma həmin 100 000 manatı satıcının bank hesabına nağdsız qaydada köçürməliyik ki, ƏDV-nin 30%-i bizə geri qayıtsın. Yəni, 15 254 manat ƏDV-yə daxildirsə və 30%-i alıcıya qayıdacaqsa, bu məbləğ 4 576.2 manat təşkil edir. 

Əgər alıcılar MTK-dan mənzil alırlarsa, çalışmalıdırlar ki...

Vergi ekspertinin sözlərinə görə, ola bilər ki, alıcı aldığı mənzilin ödənişini bir dəfəyə ödəməsin, hissə-hissə ödəniş etməli olsun: "Məsələn, ƏDV-li dəyərlə 100 000 manatlıq mənzil alır. Bunun 40 000 manatı bir, 30 000 manatı bir, qalan 30 000 manatını da bir ödəyir. Burada alıcının ödədiyi ƏDV məbləğinin 30%-i o halda qayıdır ki, bütün ödənişlər tam həyata keçirilmiş olsun. Yəni, yekun ödəmə tamamlanmış olsun ki, ƏDV məbləği ona geri qaytarılsın. Bu dediklərimizdən yekun bir nəticəyə gələ bilərik ki, əgər alıcılar hər hansı bir MTK-dan mənzil və yaxud qeyri-yaşayış sahəsi alarsa, onlar çalışmalıdırlar ki, nağdsız qaydada əldə etsinlər, beləcə ƏDV məbləğini geri ala bilsinlər. Bu da istehlakçı üçün çox sərfəli və yaxşı bir hal sayılır. Nağdsız qaydada əldə etmək tövsiyyə olunur və satıcıdan tələb etmək kimi bir hüququmuz da var".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri