13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi şəhərində 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxs həbs edilib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Məmməd Məmmədov (ad və soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb olunub.
Araşdırmalar zamanı müəyyən edilib ki, 2025-ci il dekabrın 31-də Ağdam sakini Mustafa Mustafayev dostu Məmmədlə birlikdə Ağdamdan Xankəndiyə gedib. Onlar şəhərin mərkəzi meydanında Mustafanın tanışı olan qızla görüşüblər. Həmin vaxt qızın yanında 2012-ci il təvəllüdlü Südabə də olub və Məmməd onunla tanış olub. Daha sonra onlar Xankəndidəki evə gediblər. Burada Məmməd 14 yaşına çatmayan qıza qarşı qanunsuz hərəkətlərə yol verib.
Hadisədən bir neçə gün sonra Südabə ailəsini xəbərdar etmədən Bakıya qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində tapılan qız ailəsinə təhvil verilib. Bundan sonra onun Yeni il gecəsi başına gələn hadisə də üzə çıxıb və Ağdam sakini barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işinin materiallarına Xankəndi Şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə 18 yaşlı Məmməd üç il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesi müddətində ev dustaqlığında olan gənc məhkəmə zalındaca həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















