Icma.az
close
up
RU
100 yaşlı alman klubunun yeganə azərbaycanlı idmançısı: Ölkə və liqanı dəyişməkdən qorxmayın

100 yaşlı alman klubunun yeganə azərbaycanlı idmançısı: Ölkə və liqanı dəyişməkdən qorxmayın

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Almaniyanın tennis Bundesliqasında çıxış edən yeganə azərbaycanlı idmançı olmaq faktı mənim üçün izaholunmaz bir qürur mənbəyidir".

Bunu Oxu.Az-a müsahibəsində Almaniyanın "Rot-Vays" tennis klubunda çıxış edən əslən azərbaycanlı tennisçi Sofiya Əfəndiyeva deyib.

O, Almaniyada çıxış etdiyi liqalardan, Azərbaycanın adını hər yerdə qürurla hallandırmaq və gələcək karyerasından bəhs edib.

Onunla müsahibəni təqdim edirik:

- Sofiya xanım, Almaniyada uşaq yaşlarından yaşamağınız sizin idman həyatınıza və şəxsi inkişafınıza necə təsir etdi?

- Mən Almaniyada uşaq yaşlarımdan yaşayıram. Valideynlərim 2 yaşımda olanda Almaniyaya köçüblər. 3 yaşımdan etibarən tennis dərslərinə getməyə başladım. Almaniya mənim ikinci vətənimdir, burada tennisdə ilk addımlarımı atmışam və ilk idman uğurlarımı da məhz Almaniyada qazandım. Təəssüf ki, Almaniyada böyük tennis üçün ixtisaslaşmış idman məktəbləri yoxdur, buna görə əsas xərclər ailəmin üzərinə düşürdü. Mən məşqləri məktəbdəki dərslərlə uzlaşdırırdım. Hər gün məktəbdən sonra tennis kortuna gedir və məşqçilərlə saatlarla məşq edirdim. İndi məktəbi bitirmişəm və tennis lisenziyamı aldıqdan sonra həm məşqçi kimi işləyirəm, həm də sparrinq partnyorlarım və məşqçilərimlə gündəlik məşq edərək Almaniya Bundesliqasında yeni mövsümə hazırlaşıram. Mənim üçün böyük şərəfdir ki, doğma Potsdam klubum üçün oynayıram və onunla birlikdə Almaniyanın aşağı liqalarından ikinci Bundesliqaya qədər yol keçmişəm. Çünki məhz bu klubda böyük tennisə ilk addımlarımı atmışam.

- Regional liqadan Bundesliqaya yüksəlmək böyük nailiyyətdir. Bu yolun ən çətin və yaddaqalan məqamları hansılar oldu?

- Regional liqadan Bundesliqaya qədər bir komandanın heyətində yol keçmək hər gün saatlarla tennis və fitnes məşqlərini özündə birləşdirir. Hər bir bu liqada - Regional və Şərq liqasında Almaniyanın müxtəlif şəhər və bölgələrindən komandalar çıxış edir və bir komandada uğur qazanmaq böyük zəhmət tələb edir. Ən çətin və yaddaqalan hadisə odur ki, biz ikinci cəhdlə Şərq liqasının çempionu olduq və 2025-ci il mövsümdən etibarən Almaniyanın ikinci Bundesliqasında çıxış etmək hüququ qazandıq.

- Almaniyada tennis və idman infrastrukturu səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanla müqayisə edə bilərsinizmi?

- Almaniyada, təkcə Berlin şəhərində hər rayon üzrə iki, bəzən isə üç-dörd tennis klubu fəaliyyət göstərir. Rəqabət çox sərtdir. Amma bununla yanaşı, oyunçuların səviyyəsi də yüksəlir. Mən Almaniyada tennisin inkişafı ilə Azərbaycanı müqayisə edə bilmirəm, çünki Azərbaycanda heç vaxt məşq etməmişəm. Almaniyada isə tennis infrastrukturu ən yüksək səviyyədədir.

- Siz Almaniyanın tennis üzrə ikinci Bundesliqasında çıxış edən yeganə etnik azərbaycanlısınız. Bu fakt sizin üçün nə deməkdir? Sizə kimlər dəstək olurlar?

- Almaniyanın tennis Bundesliqasında çıxış edən yeganə azərbaycanlı idmançı olmaq faktı mənim üçün izaholunmaz bir qürur mənbəyidir. Çünki Bundesliqada çıxış edən bir çox ölkələrin idmançılarından fərqli olaraq, mən millətimi təmsil edən yeganə idmançıyam. İdman inkişafımda mənə dəstək olan və dəstək verməkdə davam edən ailəmdir.

- Əslən azərbaycanlı olmağınız Almaniyanın idman və ictimai mühitinə təsir edirmi? Stereotiplərlə və ya çətinliklərlə qarşılaşmısınızmı?

- Azərbaycanəsilli olmağım tennis inkişafıma heç bir neqativ təsir göstərməyib. Əksinə, tennis dünyasından olan çoxlu insanlar Azərbaycana dair suallar verirlər. Onlar mənim tarixi vətənimlə maraqlanırlar.

- Siz müxtəlif yaş kateqoriyalarında Berlin çempionu olmusunuz. Bu nəticələrə necə nail oldunuz və onlar sizin üçün niyə vacibdir?

- Uşaq yaşlarımdan etibarən çoxsaylı tennis turnirlərində, o cümlədən Berlin çempionatlarında iştirak etmişəm. Hər il bu yarışlarda Berlin və ətraf bölgənin ən yaxşı tennisçiləri çıxış edirlər. Hazırda isə mən doğma Potsdam komandamın heyətində Berlin komandalararası çempionuyam. Qızlar arasında Berlində dəfələrlə çempion olmağım, yəqin ki, zəhmət və idman şansının qarışığıdır.

- Beynəlxalq Tennis Federasiyasının (ITF) turnirlərində iştirak sizin üçün hansı təcrübə və perspektivlər gətirdi?

- ITF turnirlərində iştirak mənə böyük beynəlxalq təcrübə qazandırdı və bu təcrübə sonradan Bundesliqada faydalı oldu, çünki orada komandaların heyətində müxtəlif ölkələrdən olan legionerlər çıxış edirlər.

- Almaniyada peşəkar B kateqoriyalı məşqçi sertifikatını necə aldınız? Bu, sizə hansı imkanlar açdı?

- Uşaqlıqdan tennislə məşğul olaraq, bu idman növünə özümü həsr etməyə qərar verdim və B kateqoriyalı peşəkar məşqçi lisenziyasını aldım, bu da mənə sevdiyim işlə məşqçi kimi məşğul olmaq imkanı verir.

- Gələcək planlarınız nələrdir - oyunçu kimi çıxış etməyə davam etmək, yoxsa Almaniyada və ya Azərbaycanda məşqçi kimi işləmək?

- Mən 23 yaşındayam və hazırda həm məşqçi kimi çalışıram, həm də Bundesliqada aktiv oyunçuyam, buna görə bütün fikirlərim yeni mövsümə hazırlıqla bağlıdır. Azərbaycanda məşqçi kimi işləmək? Niyə də yox! Bu, çox maraqlı və yeni bir idman təcrübəsi olardı.

- Azərbaycandan təklif alsanız, burada yaşayıb Azərbaycan bayrağı altında mübarizə aparmağa hazırsınızmı?

- Mənim üçün ölkəmin milli komandasında çıxış etmək böyük şərəf olardı və məmnuniyyətlə Azərbaycanda yaşayar, məşq edərdim.

- Özünüzü daha çox azərbaycanlı, yoxsa alman kimi hiss edirsiniz?

- Mən özümü heç vaxt alman kimi hiss etməmişəm (gülümsəyir). Atam tərəfdən azərbaycanlıyam və bu, əlbəttə ki, uşaqlıqdan hiss olunurdu.

- Karyeranızda növbəti əsas mərhələ nədir?

- Məşqçi karyeramda əsas mərhələ A kateqoriyalı lisenziyanı almaqdır, idman karyeramda isə komandamla birlikdə Almaniyanın birinci Bundesliqasına yüksəlməkdir.

- Dünyaca məşhur tennisçilər arasında sizin üçün nümunə olan biri varmı?

- Mənim tennisdə kumirim ispaniyalı Karlos Alkarasdır, onun oyun tərzi mənə çox təsir edir.

- Beynəlxalq turnirlərdə azərbaycanlı tennisçilərlə qarşılaşmısınızmı?

- Təəssüf ki, beynəlxalq turnirlərdə azərbaycanlı tennisçilərlə heç vaxt qarşılaşmamışam.

- Almaniyadakı təcrübənizə əsaslanaraq, azərbaycanlı gənc idmançılara hansı məsləhətləri verərdiniz?

- Azərbaycandan olan idmançılara əsas məsləhətim budur: inkişaf etmək və uğurlar qazanmaq istəyirsinizsə, daha çox çalışın və idman nailiyyətləri məqsədilə mümkün qədər beynəlxalq təcrübə qazanın. Ölkə və liqanı dəyişməkdən qorxmayın, həmişə daha yaxşıya can atın - bu, sizi gec-tez yeni idman səviyyəsinə çıxaracaq.

- Almaniya və Azərbaycan idman mühiti arasında əsas fərqlər nədir?

- Almaniyada Azərbaycandan fərqli olaraq, rəqabət çox böyükdür! İkinci Bundesliqanın komandalarının heyətinə baxdıqda, orada demək olar ki, dünyanın müxtəlif ölkələrindən legionerlər çıxış edirlər. Hətta doğma Potsdam komandamda belə Polşa, Çexiya, Almaniya və Norveçdən olan idmançılar oynayırlar.

- Ailəniz və yaxınlarınız idman karyeranızda sizə necə dəstək oldular?

- Bütün idman həyatım boyunca ən sədaqətli azarkeşlərim atam, anam və qardaşım olublar.

Qeyd edək ki, Sofiya Əfəndiyeva 31 mart 2002-ci ildə anadan olub və uşaq yaşlarından - 2005-ci ildən Almaniyanın Potsdam şəhərində yaşayır. Üç yaşından böyük tennislə məşğul olur. O, "LTTC Rot-Vays Berlin" və "Grün-Vays Nikolassi" komandalarında çıxış edib. Hazırda isə Potsdamın "Rot-Vays" komandasında Bundesliqada (böyük tennis) oynayır.

Sofiya U-10, U-12, U-14, U-16 yaş kateqoriyalarında Berlində bir neçə dəfə çempion və ikinci yerlərin sahibidir. Həmçinin, o, Almaniya daxilində A kateqoriyalı turnirlərin bir neçə dəfə qalibi və finalçısıdır. Sofiyanın çıxış etdiyi "Rot-Vays" tennis klubu 100 ildən artıq tarixində ilk dəfə qadınlar (Damen) arasında Berlində üç dəfə çempion olub və hazırda bu titulun sahibidir.

"Rot-Vays" komandası Sofiya ilə əsas heyətdə dörd il ərzində yüksək tennis liqasından Bundesliqaya qədər yüksəlib.

Sofiyanın komandadakı göstəriciləri yeddi oyunda beş qələbə və iki məğlubiyyətdir. Bu, Polşa, Çexiya və Norveçdən olan legionerlərin olduğu komandada ən yaxşı göstəricidir. O, bütün oyunlarda əsas heyətdə çıxış edib. Sofiya Almaniyanın ikinci tennis Bundesliqasında çıxış edən yeganə etnik azərbaycanlıdır və layiqli nəticələr göstərib. Karyerası boyunca Beynəlxalq Tennis Federasiyasının (ITF) bir çox turnirlərində iştirak edib. Ötən il C kateqoriyasını müdafiə etdikdən sonra imtahan verərək B Pro kateqoriyasını rəsmi şəkildə alıb və peşəkar B kateqoriyalı tennis məşqçisi kimi fəaliyyət göstərir.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see175

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see155

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see130

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see129

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see125

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see124

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see124

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see122

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see121

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see120

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see120

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see120

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see120

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see120

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see114

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see114

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see112

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see112

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri