Icma.az
close
up
RU
1000 5000 pensiya alanların artımı nə qədər olacaq?

1000 5000 pensiya alanların artımı nə qədər olacaq?

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı. Yeni mexanizm isə yüksək məbləğdə pensiya alanlar üçün fərqli indeksləşdirmə nəzərdə tutur.

Avtosfer.az xəbər verir ki, orta aylıq əməkhaqqının 1176,7 manat olduğu nəzərə alınaraq, bu məbləğədək pensiyalar tam indeksləşdiriləcək. Pensiyası bu həddi keçən şəxslərdə isə 1176,7 manatdan yuxarı hissəyə daha aşağı əmsal tətbiq olunacaq. Göstərilir ki, orta maaşdan yüksək, 5 min manatdan aşağı pensiyalarda indeksləşmə faizinə 0,5, pensiyanın 5 min manatdan yuxarı olan hissəsinə isə 0,2 əmsalı tətbiq ediləcək.

Yeni mexanizmin pensiyalar arasındakı fərqi azaltması və median pensiyanın yüksəldilməsi məqsədi daşıdığı bildirilir. Hazırda pensiyaçılar əhalinin 10,7 faizini, yəni təxminən 1,1 milyon nəfəri təşkil edir və iyulda orta pensiya 594,4 manat olub.

İndi isə artımları müxtəlif kateqoriyaya düşən pensiyaların timsalında əyani şəkildə izah edək.

Məsələn, 1000 manat pensiya alan şəxsin pensiyası əvvəlki qaydada 9,3 faiz, yəni 93 manat artaraq 1093 manata çatacaqdı. Yeni qaydada da bu məbləğ 1176,7 manatdan aşağı olduğu üçün pensiya yenə 1093 manat olacaq. Yəni 1000 manat pensiya alan üçün dəyişiklik olmayacaq.

2000 manat pensiya alan şəxs əvvəlki qaydada 186 manat artım əldə edərək 2186 manat alacaqdı. Lakin yeni mexanizmdə isə ilk 1176,7 manat 9,3 faiz artırılaraq 1286,13 manata çatacaq. Qalan 823,3 manatlıq hissəyə isə 4,65 faiz, yəni 9,3 faizin 0,5 əmsalı tətbiq ediləcək və bu hissənin artımı 38,29 manat olacaq. Nəticədə ümumi artım təxminən 147,72 manat, yeni pensiya isə 2147,72 manat təşkil edəcək.

5000 manat pensiya alan şəxs əvvəlki sistemdə 465 manat artım əldə edərək 5465 manat alacaqdı. Yeni sistemdə 1176,7 manatlıq hissənin artımı 109,43 manat, qalan 3823,3 manatın 4,65 faizlə artımı isə 177,78 manat olacaq. Beləliklə, ümumi artım təxminən 287,21 manat, yeni pensiya isə 5287,21 manat təşkil edəcək.

7000 manat pensiya alan şəxs əvvəlki qaydada 651 manat artım əldə edərək 7651 manat alacaqdı. Yeni mexanizmdə ilk 1176,7 manat üzrə artım 109,43 manat, 1176,7-5000 manat arasındakı 3823,3 manat üzrə artım 177,78 manat olacaq. 5000 manatdan yuxarı olan 2000 manatlıq hissəyə isə 9,3 faizin 0,2 əmsalı tətbiq ediləcək, yəni 1,86 faiz artım tətbiq ediləcək və bu hissə 37,20 manat artacaq. Nəticədə ümumi artım təxminən 324,41 manat, yeni pensiya isə 7324,41 manat olacaq.

Beləliklə, 9,3 faizlik indeksləşmə nümunəsi ilə müqayisədə 1000 manat pensiyada artım 93 manat olaraq dəyişməz qalır. 2000 manat pensiyada artım 186 manatdan 147,72 manata, 5000 manat pensiyada 465 manatdan 287,21 manata, 7000 manat pensiyada isə 651 manatdan təxminən 324,41 manata düşür. Yeni mexanizmin mahiyyəti ondan ibarətdir ki, pensiya məbləği yüksəldikcə onun yuxarı hissəsinə tətbiq olunan indeksləşmə əmsalı azalır.(bakıxeber)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Oktyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri