Icma.az
close
up
RU
Elektron siqaret qadağası: cərimələr 5000 manata qədər olacaq

Elektron siqaret qadağası: cərimələr 5000 manata qədər olacaq

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında deyib ki, elektron siqaretlərin populyarlaşması onların satışının məhdudlaşdırılması üçün əsas səbəblərdəndir:

"Elektron siqaretlərin dövriyyəsinə qadağa qoyulmasının əsas səbəblərindən biri onların gənclər arasında həddindən artıq sürətlə yayılmasıdır. Müxtəlif dad və ətir verən əlavələr gənclər arasında nikotin asılılığının daha sürətli formalaşmasına səbəb olur. Eyni zamanda, ənənəvi siqaretlərdən fərqli olaraq, elektron siqaretlərin təqdimatı müxtəlif marketinq vasitələri ilə daha intensiv şəkildə həyata keçirilir ki, bu da hökumət tərəfindən əhalinin sağlamlığı baxımından narahatedici amil kimi qiymətləndirilir. Elektron siqaretlərin populyarlaşması onların satışının məhdudlaşdırılması üçün əsas arqumentlərdən biri hesab olunur”.

Ekspert bildirib ki, elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı qeyri-müəyyənliklər var:

"Elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı hələ də qeyri-müəyyənlik mövcuddur. Bu məhsulların uzunmüddətli təsirləri tam şəkildə müəyyənləşdirilməyib. Yəni bununla bağlı konkret fikirlər yoxdur”. 

İqtisadçı vurğulayıb ki, sahibkarın elektron siqaret ehtiyatı çoxdursa, o, mövcud məhsulları endirimli qiymətlərlə satmalıdır:

"Bir sıra digər ölkələrdə də, Azərbaycanda olduğu kimi, elektron siqaretlərin satışına qadağa tətbiq edilib. Bu sahə ilə məşğul olan sahibkarların fəaliyyətinə təsir məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, müvafiq qanun layihəsi artıq bir neçə aydır müzakirə olunur və sahibkarlar əvvəlcədən məlumatlandırılıb. Hökumət bu istiqamətdə onlara əlavə vaxt tanıyıb. Buna baxmayaraq, hər hansı sahibkarın məsələni diqqətdən kənarda saxlaması və ya riski nəzərə almadan fəaliyyətini düzgün planlaşdırmaması onun öz məsuliyyəti hesab olunur. Əgər sahibkarın elektron siqaret ehtiyatı çoxdursa, o, mövcud məhsulları endirimli qiymətlərlə realizə edə bilər. Əks halda, satışın davam etdirilməsi hökumət tərəfindən müəyyən edilmiş cərimələrə səbəb olacaq”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Mart 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri