Icma.az
close
up
RU
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar MƏBLƏĞLƏR, ŞƏRTLƏR

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər, eləcə də meyvə bağları aiddir. Aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısında günəbaxan da var.

Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir.

Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.

Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan bitkisi sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. Bu o deməkdir ki, sahəsi 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün həmin əkin sahəsi sığortalanmalıdır.

Aqrar sığorta mexanizmində sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılandığına görə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalaya bilirlər. Bu qayda günəbaxan bitkisinə də aiddir. Məsələn, 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə Mərkəzi Aran və Salyan-Şirvan regionlarında cəmi 6,8 manata, Lənkəran-Astara regionunda 7,05 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. Ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermer cəmi 12,15 manat ödəniş etməlidir.

Bu ödəniş müqabilində aqrar sığorta mexanizmi günəbaxan sahələrini təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, vəhşi heyvan hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallardan sığortalayır.

Aqrar Sığorta Fondu günəbaxan bitkisinin əkini ilə məşğul olan fermerlərə ödənişlərə başlayıb. Bu günədək günəbaxan əkinlərinə dəymiş zərərlər üzrə 235 min manat ödəniş həyata keçirilib.

Günəbaxan üzrə aqrar sığorta ödənişləri Ağsu, Hacıqabul və Samux rayonlarında həyata keçirilib. Hələlik bu sahələrə əsas zərərlər sel-subasma nəticəsində dəyib.

Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Fondun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri