1000 raket hazırdır Trampdan İrana sərt sui qəsd xəbərdarlığı
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edərək, Tehranın ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi edəcəyi təqdirdə ölkəsinin dağıdıcı hərbi cavab verəcəyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
"1000 raket artıq döyüşə hazır vəziyyətə gətirilib və İran İslam Respublikasına tuşlanıb. İran hökuməti ABŞ-ın fəaliyyətdə olan prezidentini - bu halda məni - öldürməyə və ya buna cəhd etməyə əl atarsa, onların ardınca dərhal minlərlə əlavə raket buraxılacaq", - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, bununla bağlı bütün göstərişlər artıq verilib.
"ABŞ Silahlı Qüvvələri bir il müddətinə, zərurət yaranarsa bu müddət uzadıla bilər, İranın bütün bölgələrini tamamilə darmadağın edib məhv etməyə hazırdır, bunu etmək istəyir və buna qadirdir", - Tramp vurğulayıb.
Məryəm Quliyeva
Baxış sayı:142
Bu xəbər 11 İyul 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















