Rusiyanın nüvə planı: Minlərlə peyk təhlükə altında
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Rusiyanın nüvə silahı daşıyan “Sputnik-S” peykini dekabr ayında orbitə çıxara biləcəyi iddia olunur. Belə bir silahın kosmosda partladılması minlərlə peykin fəaliyyətini poza bilər.
“Bakupost” xəbər verir ki, Qərb kəşfiyyatının məlumatlarına görə, Rusiya peykin orbitə buraxılması üçün hazırlıqları sürətləndirib. Bildirilir ki, peyk uzun müddətdir Moskva yaxınlığında saxlanılır.
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin hesabatına görə, kosmosda nüvə partlayışı rabitə, naviqasiya və hərbi müşahidə peykləri də daxil olmaqla minlərlə peykin sıradan çıxmasına səbəb ola bilər. Radiasiya zolaqları orbitdə illərlə qalaraq peyklərə zərər verə bilər.
Rusiyanın belə bir sistem hazırladığı barədə məlumatlar ilk dəfə 2024-cü ildə yayılıb. Moskva son iddiaları rədd edib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov xəbərlərin ciddi qəbul edilməməli olduğunu bildirib.
Nüvə silahının Yer orbitinə çıxarılması 1967-ci il tarixli “Kosmik Məkan haqqında” müqavilənin müddəalarına ziddir. Sənəd nüvə və digər kütləvi qırğın silahlarının orbitə yerləşdirilməsini qadağan edir.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















