Icma.az
close
up
RU
10000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək

10000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatla bərabər bildirişi də vergi orqanına təqdim etməli olacaq. SİA xəbər verir ki, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bildirişin müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və Qaydası"nın 4.0-cı bəndinə əsasən Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq Qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavə) elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir. Sözügedən bildirişin təqdim edilməsi üçün qanunda hüquqi əsasın yaradılması məqsədilə bildirişin təqdim olunmasının vergi ödəyicilərinin vəzifələrinə əlavə edilməsinə zərurət yaranıb.

Müvafiq bildirişin təqdim edilməsi eyni zamanda transmilli şirkətlər qrupu üzrə aparılan araşdırmalar üzrə vergi müəyyənliyi prinsipinin tələblərinə xidmət edir.

Müvafiq maddəyə edilən digər dəyişiklik transmilli şirkətlər qrupu üzrə xarici ölkələrin rezidentlərinin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin müvafiq maddənin tələblərindən kənarda qalmasının aradan qaldırılmasına xidmət edir. Vergi Məcəlləsinin 13.2.5-ci maddəsinin tələblərinə əsasən xarici ölkənin rezidentlərinin Azərbaycan Respublikasındakı filial və daimi nümayəndəlikləri Azərbaycan Respublikasının rezidenti anlayış ilə əhatə olunmur. Onlar tərəfindən müvafiq hesabatın və bildirişin təqdim edilməsi öhdəliyinin yaradılması məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri