Icma.az
close
up
RU
102 il davam edən və insan itkisi qeydə alınmayan müharibə

102 il davam edən və insan itkisi qeydə alınmayan müharibə

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixdə onilliklər, bəzən isə yüzillər boyu davam edən müharibələr, hərbi konfliktlər mövcuddur. Bu münaqişələrin bəziləri, formal, kağız üzərində olur, tərəflər real döyüş meydanında bir dəfə olsun üz-üzə gəlmirlər.

Lent.az tarixin ən uzun sürən və heç bir insan tələfatı ilə nəticələnməyən nadir müharibələrindən biri – 102 il sürən Monteneqro-Yaponiya münaqişəsi barədə yazını təqdim edir.

XX əsrin əvvəllərində Monteneqro indi olduğu kimi müstəqil dövlət idi. O zamanlar Monteneqro Knyazlığı qonşu Serbiya ilə Balkanlarda Rusiyanın əsas müttəfiqi adlandırılmaq hüququ uğrunda mübarizə aparırdı. Ölkə Rusiya İmperatoru II Nikolayın 1904-cü ildə Yaponiyaya müharibə elan etmək qərarını fəal şəkildə dəstəklədi . Üstəlik, Monteneqro cəmiyyətinin əhəmiyyətli hissəsinin fikrincə, müharibə Yaponiya ilə Rusiya arasında deyil, Yaponiya ilə Rusiya-Monteneqro hərbi bloku arasında başlamışdı. Hətta bir neçə monteneqrolu könüllü Uzaq Şərqə müharibəyə getmiş, Rusiya tərəfində cəsarətlə vuruşmuşdular.

Monteneqrolular rusların həmin müharibədə məğlubiyyətini açıq məyusluqla qəbul etdilər. Rusiya və Yaponiya münaqişəni sonlandıran sülh müqaviləsini imzalasalar da, Monteneqro ilə sülh sazişinin imzalanması unuduldu. Ardınca Monteneqronun siyasi gündəmini digər qayğılar aldı. Serbiya ilə münasibətlərdə növbəti böhran yaşandı, Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaqı, 1912-1913-cü illərdə iki Balkan müharibəsi və sonra Birinci Dünya Müharibəsi Monteneqronu müstəqil dövlət kimi fəaliyyətini sonlandırdı və Yuqoslaviya dövlətinin tərkibinə daxil etdi. Yeni ölkənin diplomatları da uzaq Yaponiya ilə sülh bağlaya bilmədilər. Sonra İkinci Dünya Müharibəsi, kommunist Yuqoslaviyasının yaradılması və onun süqutu baş verdi. Bir sözlə, 2006-cı il iyunun 3-də Monteneqro müstəqillik elan edənə qədər iki ölkə formal olaraq müharibə vəziyyətində idi.  

Yeni Monteneqro hakimiyyəti özünü Monteneqro Knyazlığının varisi olduğunu bəyan etdi və məlum oldu ki, 1904-cü ildə Yaponiyaya qarşı elan edilmiş müharibə bu günə qədər davam edir. Ona görə də yeni hökumətinin gördüyü ilk iş Yaponiya ilə sülh müqaviləsi bağlamaq oldu. Beləliklə, bütün XX əsr və hətta bir az daha uzun sürən müharibə beləcə başa çatdı.

Qeyd etmək lazımdır ki, Balkanlar üçün hər kəsin unutduğu belə müharibələr qeyri-adi deyil. İkinci Dünya Müharibəsinin əvvəlində Albaniyanın işğalından sonra onun marionet hökuməti İtaliyanın təzyiqi ilə Yunanıstana müharibə elan etdi. Döyüşlər başlamamış Yunanıstan İtaliya və Almaniya tərəfindən işğal olundu. Və hamının unutduğu müharibə vəziyyəti yalnız 90-cı illərdə, Albaniyada kommunist rejiminin süqutundan sonra rəsmi qaydada sülh imzalanmaqla dayandırıldı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri