102 yaşlı həkim İsraildə dünyasını dəyişdi
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə vəfat edib.
Medicina.az “Shimal.news”a istinadən xəbər verir ki, R.Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada (indiki Sankt-Peterburq) köçüb, Birinci Dünya müharibəsi vaxtı xeyli müddət mühasirədə yaşayıb. Blokadanın götürülməsinin 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb.
Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirən Raisa həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub.
O, 1992-ci ildə İsrailə köçüb. 2019-cu ildə israilli rejissor E.Qraboy müxtəlif kateqoriyalarda çoxsaylı mükafatlar qazanan “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib. O, gənc yaşlarında Azərbaycandan ayrılsa da, İsrail-Azərbaycan “Azİz” assosiasiyasının tədbirlərində tez-tez iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Mart 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















