Müttəfiqindən Kiyevə pis xəbər
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ukrayna 2025-ci ilin dekabrından bəri İtaliyadan hərbi yardım almır”.
Bu barədə "La Repubblica” qəzeti yazıb.
Nəşrin məlumatına görə, 13-cü yardım paketi artıq tam hazırdır, lakin onun göndərilməsi üçüncü dəfədir təxirə salınır.
Bundan əvvəl də iyul və sentyabr aylarında tədarükdə gecikmələr baş verib.
Qəzet gecikməni iki amillə əlaqələndirir:
"Birinci səbəb daxili siyasi böhrandır. Belə ki, İtaliyanın hakim koalisiyasına daxil olan "Liqa” partiyası Ukraynaya silah tədarükünə qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. İkinci amil isə İtaliyanın ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələrini gözləməsidir. Rəsmi Roma Kiyevə hərtərəfli dəstək göstərməyə davam edəcəyini bəyan edir. Baş nazir Corcia Meloni, xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani, eləcə də müdafiə naziri Gvido Krozetto İtaliyanın Ukraynaya "360 dərəcə” dəstəyini davam etdirəcəyini bildirirlər”.
Lakin qəzetin qeyd etdiyi kimi, praktikada bu dəstək getdikcə daha çox mülki təyinatlı vasitələrlə, məsələn, generatorlarla məhdudlaşır.
Bundan əvvəl Krozetto İtaliya vətəndaşlarının əksəriyyətinin Ukraynaya dəstəyin əleyhinə olduğunu bildirmişdi. Bununla belə, o, ölkə hakimiyyətinin Kiyevə yardım göstərməkdə davam etdiyini vurğulamışdı.
///globalinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Oktyabr 2026 05:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















