104 yaşlı anasını 105 min dollarlıq qızıl tabutda BASDIRDI VİDEO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Afrika ölkələrindən birində lentə alınan dəfn mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bir şəxsin 104 yaşında vəfat edən anasını 105 min dollarlıq qızıl tabutda dəfn etdirdiyi iddia olunub. Dəbdəbəli mərasim və istifadə edilən tabut sosial media istifadəçilərinin diqqətini çəkib.
Videoda musiqili və çalğılı dəfn mərasiminin keçirilməsi də ayrıca müzakirə mövzusuna çevrilib. Bəzi izləyicilər bunu mərhuma verilən dəyər kimi qiymətləndirsələr də, digərləri belə addımı israf adlandıraraq tənqid ediblər.
Sosial şəbəkələrdə paylaşımın altına minlərlə rəy yazılıb. İstifadəçilər xüsusilə bahalı tabut və mərasimin təmtəraqlı keçirilməsi ilə bağlı fərqli fikirlər səsləndiriblər.
Qısa zamanda yayılan görüntülər sosial platformalarda böyük maraq doğurub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:270
Bu xəbər 28 May 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















