Icma.az
close
up
RU
108 il öncə rəsmi bayram oldu, indi tarixi dəyişə bilər Azərbaycanda ilginc mübahisə

108 il öncə rəsmi bayram oldu, indi tarixi dəyişə bilər Azərbaycanda ilginc mübahisə

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın bəzi ölkələrində Yeni il bayramı yanvarın 1-də deyil, fərqli tarixlərdə qeyd olunur. Məsələn, Çində bu, ay təqviminə əsasən fevral ayına təsadüf edir. Bu nümunə fonunda Azərbaycanda da müzakirələr başlayıb. Hətta Yeni ilin 1 yanvar deyil, 21 martda keçirilməsi təklif edilir. 

Azərbaycanda Yeni ilin rəsmi günü dəyişdirilərək 1 yanvar əvəzinə, 21 mart – Novruz bayramı günü müəyyən edilə bilərmi? Bu, hüquqi baxımdan mümkündürmü?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, Çin nümunəsi əslində tam fərqlidir.

Onun sözlərinə görə, sözügedən ölkədə rəsmi dövlət işləri, banklar və beynəlxalq əlaqələr 1 yanvar təqvimi ilə işləyir:

“Lakin onların “Bahar bayramı” (Chun Jie) ay təqvimi ilə qeyd olunan ənənəvi yeni ildir. Biz də bu addımı ata bilərik, amma texniki məsələləri də nəzərə almaq lazımdır. İlin sonu məsələsi dünyada sistem formasında olduğu üçün bizim birdən-birə üç ay fərq yaratmağımız texniki boşluq yarada bilər. Məsələn, dünya ilə aramızda 3 aylıq “rəqəmsal fərq” yaranacaq və bu da aviabiletlərin bron edilməsindən tutmuş, İT sistemlərinə qədər hər yerdə gecikmələrin olması deməkdir”.

Zaur Əliyev

Tarixçi bildirib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə düzəliş edilməlidir:

“1 yanvarın heç bir təbiət hadisəsi ilə əlaqəsi yoxdur. Sadəcə Roma imperatoru Yuli Sezarın təqvimi ilə bağlı şərti bir tarixdir. Lakin qeyd etdiyim kimi, bu addıma qədər bütün İT sistemi və dövlətlərarası maliyyə razılaşmalarından tutmuş digər əməkdaşlıq məsələləri bir neçə il öncə planlaşdırılmalıdır. Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə də bu məsələ gündəmə gəlmişdi, amma o dövrün şərtləri beynəlxalq sistemlə uyğunlaşmağı tələb edirdi. Fikrimcə, hər iki tarix də ayrıca qeyd olunmalıdır”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, ictimaiyyətdə Yeni təqvim ili ilə bağlı mübahisələr hər zaman olub:

“Biz anlamalıyıq ki, coğrafi baxımdan Avrasiya zonasında yerləşsək də, çağdaş, modern dünyanın, xüsusilə də Avropanın bir hissəsiyik. Ona görə də xüsusilə rəqəmsallaşmanın, virtuallaşmanın və süni intellektin sürətlə inkişaf etdiyi bir zamanda dünyada qəbul olunmuş anlayışları “milliləşdirməyin” qəti əleyhinəyəm. Bu, riyazi qanun kimidir: iki dəfə iki həmişə dörd edir. Bunun milliyyəti yoxdur və onu yerli xüsusiyyətlərə uyğunlaşdırmaq mümkün deyil. Uzaqbaşı, rəqəmlər ərəb, latın, kiril qrafikası və ya başqa yazı sistemləri ilə ifadə oluna bilər. Mahiyyət etibarilə dünyanın bir hissəsi olduğumuza görə, əksər ölkələrdə qəbul olunmuş 1 yanvarın Yeni ilin ilk günü kimi qəbul edilməsini doğru hesab edirəm”.

Aydın Xan Əbilov

Kultroloq qeyd edib ki, 21 mart şənlik, yenilənmə, məhsulun bünövrəsi qoyulan bahar bayramıdır:

“Təqvimi dəyişsək, o zaman yazışmalardan tutmuş kitablara, dərsliklərdən kompüter proqramlarına qədər hər şeyin dəyişdirilməsi zərurəti yaranacaq. Bu isə çox böyük maliyyə və texniki resurs tələb edir. Dünyada iqtisadi enişin müşahidə olunduğu, qlobal proseslərin sürətlə getdiyi bir dövrdə bunu etmək ən azı məqsədəuyğun deyil. Ona ayrılacaq vəsaiti Qarabağın inkişafına, bölgələrin dirçəldilməsinə, insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldə bilərik.

Üstəlik, hazırda kompüterləşmə və süni intellektlə bağlı qlobal miqyaslı proseslər gedir. Belə bir şəraitdə təqvimin dəyişdirilməsi ciddi risklər yarada bilər. Biz Yaponiya, Hindistan, Çin və ya İran kimi böyük dövlət deyilik ki, bu cür dəyişikliklər üçün kifayət qədər geniş kadr potensialımız və resurslarımız olsun. Belə dəyişikliklərə getsək, bütövlükdə sistemlər bir-birinə qarışa, “sıfır problemi” kimi ciddi texniki çətinliklərlə üzləşə bilərik. Bu halda isə bank sektorundan tutmuş dövlət qurumlarına, ASAN xidmətdən vergi sisteminə qədər bir çox sahəni, hətta hərbi təhlükəsizlik məsələləri belə sual altında qala bilər. Ona görə də 1 yanvar əsl təqvim ilinin başlanğıcı kimi qəbul edilməlidir”.

Qeyd edək ki, 1918-ci ildə Sovet Rusiyası hökuməti tərəfindən V. İ.Lenin imzaladığı fərmanla Qriqori təqvimi qəbul edilib. Buna qədər Rusiya imperiyasında Yeni ilin başlanğıcı və ilin hesabı ilə bağlı tarixlər fərqli idi, lakin təqvimdən sonra 1 yanvar ilin başlanğıcı olub. Bu təqvim Azərbaycan daxil olmaqla SSRİ-nin ərazisində tətbiq edilib.

Zaira Akifqızı
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri