Icma.az
close
up
RU
11 ayda Ümumi Daxili Məhsul 1,6 faiz artıb Əli Əsədov

11 ayda Ümumi Daxili Məhsul 1,6 faiz artıb Əli Əsədov

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırıb".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı bildirdi.

Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində ölkə prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksək səviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib:

"Məhz cari ilin 8 avqustunda İlham Əliyevin ABŞ-yə tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanların və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəkdir.

Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Konstitusiya və suverenlik ili kimi qeyd edilir.
Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad müstəqil dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi".

Əli Əsədov qeyd etdi ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə Qlobal Risk Hesabatında sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır.

"Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.

Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1,6 faiz artmışdır. O cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə, 12,5 milyard dollar artaraq 83,5 milyard dollar təşkil edir. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilin gözlənilən ÜDM-in həcmini üstələyir", - deyə Baş nazir qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri