Icma.az
close
up
RU
11 illik attestat işə qəbulda şərtdirmi? Ekspertdən aydınlıq

11 illik attestat işə qəbulda şərtdirmi? Ekspertdən aydınlıq

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Azərbaycanda bəzi müəssisələr işə qəbul zamanı tələb olunan sənədlərlə yanaşı, 11 illik attestat da istəyir. Bu, işə qəbul olmaq istəyənlər arasında narazılığa yol açır. Bəs, maraqlıdır ki, işə qəbul zamanı XI sinif attestatının tələb olunmasının səbəbi nədir?

Əsas olan şəxsin XI sinfə qədər təhsil almasıdır, yoxsa işlə bağlı bacarıqları?

Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, 11 illik attestat hər hansı bir şəxsin tam ümumi orta təhsil almasını və eyni zamanda 11 illik təhsil müddətində onun müvəffəqiyyət göstəricisinin təsdiqini özündə əks etdirən dövlət sənədidir.

Ekspertin sözlərinə görə, işə qəbul edən tərəfindən tələb olunan sənədlər sırasında 11 illik təhsil attestatının olması işə götürənin istəyindən asılıdır. Yəni işəgötürən tərəf hansı sənədləri istəyir, bu onun özünün məsələyə yanaşmasından irəli gəlir. Bununla bağlı hər hansı bir konkret tələb və ya standart yoxdur.

Eyni zamanda, işə qəbul olunmaq istəyən şəxs bununla bağlı etiraz etmək imkanı yoxdur. Çünki işəgötürənin tələb etdiyi sənəddir. İşəgötürən şəxsin bilik və bacarıqlarını yoxlamaq imkanına malikdir. Təbii ki, bu daha çox özəl qurumlar tərəfindən irəli sürülür. Dövlət müəssisələrində belə bir tələb yoxdur. Hətta tələb olsa belə, burada qanunsuz heç bir məqam yoxdur. Şəxs ali təhsilli də ola bilər, peşə təhsili, orta ixtisas təhsili diplomu da ola bilər. Ümumiyyətlə diplomu olmaya da bilər. Hər hansısa bilik və bacarıqlarını əks etdirən sertifikat və ya diplom sənədi də ola bilər. Nə qədər bacarıq və bilikləri təsdiq edən sənədlər olduqda, əlbəttə ki, bu üstünlükdür. Sadəcə olaraq işəgötürən nə cür kadr istəyir, hansı potensiala malik şəxsi görmək istəyir artıq bu onun seçimidir və bu seçimdə sərbəstdir. Məsələnin mahiyyətində bu durur.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:593
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri