110 metrlik asteroid Yerə yaxınlaşır
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Nəhəng asteroid mayın ilk həftəsində Yerə yaxınlaşacaq
Bu ilin aprelində aşkarlanan müvəqqəti olaraq 2026 HN1 adlandırılan asteroid mayın ilk həftəsində Yerə yaxınlaşacaq.
Milli.Az xəbər verir ki, NASA və onun Yerə yaxın obyektlərin öyrənilməsi mərkəzi olan CNEOS-un məlumatına görə, yaxınlaşma mayın 6-da baş verəcək.
Proqnozlara əsasən, asteroid Yer ilə Ay arasındakı məsafədən təxminən 9 dəfə uzaq məsafədən keçəcək. Kosmik cismin saniyədə 14 kilometrdən çox sürətlə hərəkət edəcəyi bildirilir. Onun diametri 49 metrdən 110 metrədək qiymətləndirilir.
Alimlər vurğulayırlar ki, hazırkı trayektoriya toqquşma təhlükəsi yaratmır. Bununla belə, bu cür obyektlərin potensial risk daşıdığı qeyd olunur. Quruya düşəcəyi halda regional miqyasda dağıntılar, okeana düşəcəyi təqdirdə isə güclü sunami yarada bilər.
Mütəxəssislər bildirirlər ki, belə obyektlərin müşahidəsi beynəlxalq təşkilatlar, o cümlədən Avropa Kosmik Agentliyi tərəfindən davam etdirilir. Orbitlər dəqiqləşdirildikcə risk ehtimalının daha da azaldığı vurğulanır.
Ayxan
Milli.Az
Baxış sayı:138
Bu xəbər 30 Aprel 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















