Icma.az
close
up
RU
1150 manat maaş alan direktora 1300 manat cərimə yazılıb

1150 manat maaş alan direktora 1300 manat cərimə yazılıb

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-nin da niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Fazil Mustafa özünün feysbuk hesabında yazıb. 

Onun sözlərinə görə, direktorun cərimələnməsinə səbəb isə işçilər arasında baş verən dava olub.

"Belə ki, institutun iki qadın əməkdaşı arasında şəxsi münaqişə baş verib. Yəni "Matroslar savaşarkən araya girməzlər" qəbilindən bir hadisə baş verib. Sonradan münaqişə işçilər tərəfindən öz aralarında həll olunub və heç bir ağır nəticə yaranmayıb. Yəni ölüm, xəsarət, maddi ziyan və s. ortada yoxdur.

Həmin davaya görə Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib və 1300 manat məbləğində cərimə edilib. Direktor buna etiraz edərək apelliyasiya şikayəti verib. O qeyd edib ki, baş verən münaqişə nəticəsində heç kim sağlamlıq itkisinə məruz qalmayıb, heç bir tibbi yardıma ehtiyac yaranmayıb və hadisə işçilər tərəfindən öz aralarında həll olunub. Nadir müəllim bu olayı “istehsalatda bədbəxt hadisə” kimi təqdim etməyi və onun tərəfindən hadisənin gizlədilməsini tamamilə əsassız iddia hesab edib. Lakin institut direktorunun şikayəti təmin edilməyib.

Acınacaqlı olan iki institut əməkdaşı tərəfindən şəxsi zəminində, baş verən, yəni Azərbaycan dilinin qorunması, saflığı, gələcək taleyi ilə qətiyyən əlaqəsi olmayan münaqişə deyil, onun bu cür ağlasılmaz şəkildə hüquqi qiymətləndirilməsidir. Demək, institut direktoru ötən ilin oktyabr ayında müstəqillik günü ilə bağlı iclas keçirib, iki xanım işçi iclasdan yayınaraq çölə çıxıb biri-biri ilə "razborka" aparmağa başlayıb, ola bilsin ki, kiçik bir saçyolma və söyüş partiyası da baş verib, sonra da ayrılıb gəlib öz işlərini davam etdiriblər. Dərhal əmək müfəttişliyi bunu istehsalatda bədbəxt hadisə kimi qiymətləndirib və ayda 1150 manat maaş alan direktor üçün nə az, nə çox- 1300 manat cərimə protokolu tərtib edib. Professor Nadir Məmmədlini yaxşı tanıyıram, dilimizin saflığının qorunması üçün hər cür fədakarlıq edən, cüzi maddi imkanlarını dəyərli kitabların çapına yönəldən bir ziyalımızdır. Hələ də anlamaq olmur, dilçilik İnstitutu istehsalatdırmı, yaxud da iki qadının bir-biri ilə şəxsi zəmində sözləşməsi və sülh yolu ilə ayrılması bədbəxt hadisədirmi? Son illərin bəlkə də ən absurd qərarı ilə qarşılaşdığımı gizlətmirəm. Bundan sonra Dilçilik İnstitunun Əsasnaməsinə gərək "dil istehsal edən müəssisə" sözləri yazılsın ki, bura da istehsalat kimi tanınsın. Yaxşı ki, hələ emal müəssisəsi kimi qələmə verməyiblər. Dilçilik İnstitutunun adını daşıdığı Nəsiminin dərisini də deyəsən bu cür absurd ittihamla soymuşdular. Burada deyirlər e, tarix təkrarlanır", - deyə Fazil Mustafa qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri