Icma.az
close
up
RU
Rafael Bunyatov: “Futbolçu 1300 manat alırdı, 2500 manat maaş yazılmışdı” MÜSAHİBƏ

Rafael Bunyatov: “Futbolçu 1300 manat alırdı, 2500 manat maaş yazılmışdı” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

I Liqada mübarizə aparan "Mingəçevir"in sahibi bu ilin yanvarından etibarən ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasının rəhbəri Rafael Bunyatov oldu. ASTA-nın gəlişindən sonra mövsümün ortasında klubun nəticələrində müsbət dəyişikliklər formalaşdı. Klub sonuncu pilləni mövsüm bitdikdə 4-cü yerlə əvəzlədi.

Rafael Bunyatov həm də ictimaiyyətə Azərbaycan Kosiki-do Karate Federasiyasının prezidenti və iş adamı Adnan Əhmədzadənin yaxın dostu kimi bəllidir. O həm də çövkən üzrə ölkə çempionatında mübarizə aparan "Buta Qolden" komandasının rəhbəridir.

Prosport.az saytının Rafael Bunyatovla müsahibəsi

– Əvvəldən başlayaq. "Mingəçevir"ə necə oldu ki, sponsorluq etmək qərarınıza gəldiniz?

– Bu məsələ 6 ay əvvəldən başlanmışdı. Bir qərara gələ bilmirdik. Ayaz müəllimlə (İqtisadiyyat Nazirliyində Aparat rəhbəri işləyən, klubun əvvəlki sponsoru Ayaz Əliyevi nəzərdə tutur) görüşdük, komandanı götürmək barədə razılaşdıq. Komandanı götürəndə "Mingəçevir" 6 xalla sonuncu yerdə idi. Vəziyyət yaxşı deyildi. Bizdən qabaq komandada 16 oyunçu vardı, bunların 4-nü futbolçu adlandırmaq olmazdı. Danışılmış oyuna görə bunlardan 8 futbolçunu tutmuşdular. Sonra bunlardan 2-ni buraxdılar. Həmin 2 futbolçudan da 1-i qış fasiləsindən sonra ilk matçda – "Zaqatala" ilə oyunda qırmızı vərəqə aldı... Yanvarın 10-da komandanı götürəndə 5 futbolçu ilə məşqə başlamışıq. Yanvarın 27-də ilk matçımız idi. Heyət qurmaq lazım idi. O vaxt ASTA-nın rəhbəri olan Rafael Yusifov və Nicat Ağayev Füzuli Məmmədovu namizəd kimi irəli sürdü. Füzuli Məmmədov Rafaelin dostu idi, təriflədi ki, məşqçi kimi Pro kateqoriyası var. Onadək yalnız "Qəbələ"də Pro kateqoriyalı məşqçi vardı (Kaxaber Sxadadzeni nəzərdə tutur). Mən ona inandım. Dedim ki, uzun müddətli işləyəcəyik. Müqaviləyə çəkilən qolun müddəti mənasızdır. Biz bir ailə kimi fəaliyyət göstərməliydik.

– Bəs müqavilə mövsümün sonunadək bağlanmışdı?

– Onunla 3 illik danışmışdıq. Ancaq müqavilə mövsümün sonunadək – 5 aylıq bağlanmalıydı. Adətən futbolda müqavilələr 10 aylıq bağlanır. Mənim xəbərim olmadan onunla və köməkçiləri ilə 3 illik, hər ili 12 aydan ibarət olan müqavilə bağlanmışdı. Yəni, işləmədiyi yay ayları üçün də maaş almalıydı. Mən Rafael Yusifova etibar etmişdim. Onlar da mənim razılığım olmadan belə bir şey etmişdilər. Hətta əmək haqlarının da yüksək olduğunu demişdim. Demişdilər ki, narahat olmayın, ilk 5 ay belə olsun, sonra maaşlara baxılacaq. Müqaviləyə onda mən qol çəkməmişdim. Mövsümün ortası olduğundan, AFFA icazə vermədiyindən, məni kluba sponsor kimi təqdim etmişdilər. Həmin vaxt klubun İdarə Heyətinin sədri olan Nurlan Əhmədov və təsisçi kimi Ruslan Həmidov müqaviləyə qol çəkmişdi. Artıq klubun nizamnaməsi dəyişdirilir, klubun rəhbəri mən olacağam. Həmçinin klub futbol klubundan idman klubuna çevriləcək.

– Yanvarda bu barədə sizə sual vermişdim...

– Yadımdadır. Amma o vaxt bu barədə düşünmürdüm. Çünki nizamnaməni dəyişdirə biləcəyimizi bilmirdim. İndi isə istəyirəm ki, Mingəçevirdə tək futbol yox, idmanın digər sahələrini də əhatə edən klub olsun. Stadionla bağlı cənab gənclər və idman naziri Fərid Qayıbovla, Mingəçevirdən olan nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədovla görüşdük. Atletika, tennis və futbolu bu stadionda inkişaf etdirəcəyimizi dedim. Beləliklə, stadion bizə 25 illiyə icarəyə verildi. Düzdür, mən onu 49 illiyə götürmək istəyirdim...

– Siz nazirliyə hər il üçün icarə haqqı ödəyəcəksiniz?

– Yox. Stadionda 10 işçi var. Sadəcə, hər ay onların maaşını nazirlik yox, mən verəcəyəm. Bu minimum 4-5 min manat edir... Yaxınlıqda 10 və 15 nömrəli orta məktəblər var. O məktəblilərin genefonundan istifadə etmək lazımdır. Mingəçeviri idman şəhərinə çevirmək istəyirəm. Əvvəl SSRİ-də ən böyük avarçəkmə kompleksi Mingəçevirdə idi. Rusiya, Gürcüstan, Türkmənistan, Qazaxıstandan ora hər il indinin özündə də avarçəkənlər gəlir. Orada həndbol komandası da var. Mən də istəyirəm ki, basketbol komandası yaradım.

– Basketbol Federasiyası ilə danışığınız olub?

– İlin sonunda stadionun təmiri başa çatacaq. Ondan sonra bu məsələləri müzakirə edəcəyik. Biz Premyer Liqaya çıxmağı da 2 illik qarşımıza hədəf qoymuşuq. Çünki istəyirəm ki, ora çıxanadək futbol infrastrukturumuz tam hazır olsun. 3 meydançamız, Akademiyamız, yeməkxanamız, hotelimiz olmalıdır. Stadionun ərazisində 52 nəfərlik Akademiya üçün hotel tikmək fikrim var. Ora tək Mingəçevirdən yox, bütün regionlardan futbolçu götürmək istəyirik. "Qəbələ" Akademiyasının bir hissəsi bağlandı deyə, mingəçevirli və yaxın bölgənin uşaqları kənarda qalır. Ona görə də istedadlı kadrları itirməməliyik. Başqa şəhər və rayonlarda yaşayan uşaqları yola görə riskə salmaq olmaz. Onlar burada qalmalı, burada qidalanmalıdır. Hotelimiz tikilənədək hələ ki şəhərdə 3 mərtəbəli "Harmony Hotel"dən istifadə edəcəyik. Oranın ilk mərtəbəsi əsas komanda, 2-ci mərtəbəsi akademiya üçün nəzərdə tutulub. Akademiya üçün ingilis və ispan dili üzrə müəllimlər də tutacağıq. İstəyirik ki, onlar "Marset" Akademiyasına seçiləndə ispaniyalı məşqçilərlə rahat ünsiyyət qura bilsin. Bakıda ASTA-da olan uşaqlar üçün də belə etmişik. Məşqdən qabaq onlar 1 saatlıq dərsə gedirdilər. Bunu Mingəçevirdə də tətbiq edəcəyik.

– "Turan Tovuz" Kürdəxanı qəsəbəsində baza açdı. Sizin də Bakıda məşq keçmək üçün meydança açmaq fikriniz var?

– Yox. Biz regionun inkişafı ilə məşğul olmalıyıq. Ona görə də istəmirəm ki, komandam Mingəçevirdən çıxsın. Çünki hər məşqimizə 100 azarkeş gəlir. Ona görə də ötən mövsüm 1 ay ərzində çalışdım ki, PFL hazırladığımız o meydançanı qəbul etsin. Çünki oyunlarımızı öz azarkeşlərimiz önündə keçirmək istəyirdik.

– Yeni meydançada tribuna azarkeşlər üçün azlıq edir. Artırılacaq?

– Hər tribuna 250 nəfərlikdir. Yeni mövsüm üçün 6 tribuna nəzərdə tutmuşuq. Hər tərəfdən 2 tribuna qoymağı planlaşdırmışıq. Təxminən 1000-1200 nəfərlik tamaşaçı yeri artırmaq istəyirik. Əslində bu tribunaları daha tez quraşdıra bilərdik. Sadəcə, nazirliklə təhvil-təslim aktına görə bir az yubandıq. Yeni tribunaları quraşdırmaq üçün bizə 2 ay vaxt lazımdır. 500 nəfərlik tribuna da sifariş vermişəm.

– Əsas stadionun təmiri nə vaxta planlaşdırılır?

– Orada kompleks iş getməlidir. Stadionun soyunub-geyinmə otaqları pis vəziyyətdədir, duş yerləri işləmir, qonaq komandanı qəbul etmək üçün yaxşı şərait yoxdur. Qaçış zolağı düzəldilməlidir. Qazon tam dəyişdirilməlidir, çünki drenaj sistemi, su çəni – heç nə yoxdur. Stadion, demək olar ki, sıfır vəziyyətindədir. Yəni, qazonu dəyişdirməklə iş bitmir. Stadionu yenidən bərpa etməliyik ki, bu bir az qəliz işdir. Çalışacağıq ki, təxminən yanvardan sonra stadionun əsaslı təmirinə başlayaq.

– Nizamnamənin dəyişdirilməsindən danışdınız. Yeni mövsümə komanda hansı adla başlayacaq?

– "ASTA-Mingəçevir". Artıq Nizamnamədə ad "ASTA-Mingəçevir" İK gedir. Loqo da dəyişdiriləcək. Bir neçə variantdan birini seçəcəyik. Loqoda qartal başlı, şir ayaqlı qrifon da əks olunacaq. Yeri gəlmişkən, ASTA-nın Bakıda fəaliyyətini dayandırması ilə bağlı deyilənlər boş şeydir. Bakıda 2009 və 2010 təvəllüdlü futbolçularla davam edəcəyik. Sadəcə məşqçilər heyəti dəyişdirilib, 2 yeni məşqçi götürmüşük.

– Füzuli Məmmədov məsələsinə yenidən qayıdaq. Komanda 4-cü yerə çıxdı. Ancaq onunla müqavilə pozuldu. Nədə razılığa gələ bilmədiniz?

– Orada deməyə çox şey var. Sadəcə, onu deyə bilərəm ki, onunla işləməyə davam etmək istəyirdim. Əsas fikir ayrılığı bayaq dediyim 12 aylıq müddət məsələsi ilə bağlı idi. Təklif etdim ki, müqavilənin müddətini hər il üçün 10 aylıq edək. Səbəblərdən biri də mənə deyilməmiş bəzi oyunçuların transferi idi. Futbolçu 1300 manat alırdı, 2500 manat maaş yazılmışdı. Həmin müqavilələrə mən qol çəkməmişdim. Çünki onda rəsmiyyətdə İdarə Heyətinin sədri deyildim. Hazırda isə klubun rəhbəri sənəddə mənəm.

– Bəs klubda struktur dəyişikliyi olacaq? Məsələn, vitse-prezident postu var?

– Var. Vitse-prezident də, sədr müavini də var. Qardaşım Vəliyulla Bunyatov sədr müavinidir. Sizin tanıdığınız insanlardır. O adları mən sizə daha sonra təqdim edəcəyəm. Ruslan Həmidovu Akademiyaya rəhbər təyin etmək istəyirəm. Elnur Qasımov da mətbuat katibi kimi işini davam etdirəcək. İdarə Heyətinin əvvəlki sədri Nurlan Əhmədov da klubda qalır.

– Yeni mövsümdə əsas rəqibləriniz I Liqanın debütantı "Şəfa" və Premyer Liqadan düşən "Səbail" olacaq. Yeni mövsümdə hədəf nədir?

– Əvvəl də dediyim kimi, Premyer Liqa üçün 2 il vaxt qoymuşam. Yəni hələ 1 ilim var. Ancaq təbii ki, bu o demək deyil ki, yuxarı yerlər üçün oynamayacağıq. Premyer Liqaya çıxsaq, lap əla. Heç vaxt 2-3-cü yerlər üçün oynamaq istəmərəm. İdmançı kimi həmişə 1 nömrə olmaq istəmişəm.

– Yeni baş məşqçi Ramiz Məmmədovla müqavilə 1 illik oldu. Qapıçı məşqçisi Elnar Kərimov olacaq?

– Yəqin ki, bəli. Bəzi səbəblərə görə onun təyinatı yubanır. Orada Elnar Kərimova klubun borcu da Füzuli Məmmədova görə yaranıb. O onu komandadan kənarlaşdırdı. Mən bu problemi 2 aydan sonra bildim. Onu uşaq Akademiyasında saxlamaq olardı. Mən köhnə heyətdən onu klubdan tamamilə uzaqlaşdırmaq istəmirdim. Füzuli Məmmədovla ilk söhbətim də buna görə oldu ki, niyə adamları incidirsiniz?! Mən Mingəçevirə qonaq gəlmişəm və istəyirəm ki, yerli sakinlərə özümü yaxşı tərəfdən göstərim.

– Ramiz Məmmədov mətbuatda əvvəlcə idman direktoru kimi təqdim edilirdi. Bu nə ilə bağlı idi?

– Çünki Füzuli Məmmədovla hələ danışıqları tam yekunlaşdırmamışdıq. Bilinəndə ki, o bizdə işləməyəcək, onda Ramiz müəllimi baş məşqçi postuna təyin etdik.

Ardı var...

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Avqust 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri