Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

11.700 ildir heç bir insan belə bir mənzərə görməmişdi

11.700 ildir heç bir insan belə bir mənzərə görməmişdi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Kaliforniyanın möhtəşəm Sierra Nevada dağları min illərdir gizlətdiyi bir sirri üzə çıxarmaq üzrədir. Alimlərin yeni araşdırmasına görə, bölgədəki buzlaqların sürətlə əriməsi nəticəsində bu dağların qaya səthləri Buzlaşma dövründən bəri ilk dəfə tam şəkildə görünəcək.

Qaynarinfo xəbər verir ki, əgər proqnozlar doğru çıxarsa, bu gün yaşayan nəsil insanlıq tarixində indiyədək heç kimin görmədiyi bir mənzərəyə — buzsuz Yosemite zirvələrinə şahidlik edəcək.

Yeni yayımlanan araşdırma göstərir ki, Amerika Birləşmiş Ştatlarındakı Sierra Nevada silsiləsində yerləşən ən iri buzlaqlar indiki geoloji dövr olan Holosen boyu (son 11.700 il) ərzində mövcudluğunu qoruyub saxlayıb. Bu da həmin buzlaqların son Buzlaşma dövründən sonra baş verən bütün istiləşmə mərhələlərinə baxmayaraq tamamilə ərimədiyini göstərir.

Tədqiqatçılar bu nəticəyə gəlmək üçün Sierra Nevada bölgəsindəki dörd böyük buzlağın — "Conness”, "Maclure”, "Lyell” və "Palisade” — altından yeni əmələ gəlmiş əsas qaya nümunələri toplayıblar. Laboratoriya analizlərində bu qayalar kosmik şüalanmanın təsiri ilə əmələ gələn radioaktiv karbon və berilium izotoplarının miqdarı baxımından incələnib.


Nəticələr göstərib ki, Yosemite Milli Parkı və onun sərhədindəki iki böyük buzlaq yaxınlığındakı qayalar ən azı 11.700 ildir kosmik radiasiyadan qorunub. Bu isə həmin qayaların bütün bu dövr ərzində qalın buz təbəqəsi altında gizli qaldığını təsdiqləyir.

Bəzi mütəxəssislər 11.700 illik bu göstəricinin belə olduqca təvazökar hesab oluna biləcəyini bildirirlər. Çünki digər geoloji tədqiqatlar Kaliforniyadakı buzlaqların maksimum genişliyinə təxminən 30.000 il əvvəl çatdığını göstərir.

İnsanların Amerika qitəsinə nə vaxt yerləşdiyi hələ də müzakirə mövzusudur, lakin əksər hesablamalar bu tarixi təxminən 20.000 il əvvələ aid edir. Əgər Sierra Nevada buzlaqları həqiqətən də 30.000 il əvvəl formalaşmışdısa, deməli, Amerikada yaşamış heç bir insan Yosemite zirvələrini tamamilə buzsuz şəkildə görməyib. Ancaq bu geoloji davamlılıq artıq sona çatmaq üzrədir.

İqlim dəyişikliyi planetdəki buzlaqları misli görünməmiş sürətlə əridir və Kaliforniya buzlaqları da bu prosesdən yayınmır. 19-cu əsrdə aparılan ilk ölçmələrdən bu yana Sierra Nevada buzlaqlarının təqribən 75 faizi artıq yoxa çıxıb. Qərbi ABŞ üzrə aparılan iqlim modellərinə əsasən, bu əsrin sonuna qədər bölgədəki buzlaqların demək olar ki, tamamilə əriməsi gözlənilir.

Bu böyük itki, bölgənin ekosistemlərinə, su mənbələrinə və təbii mühitinə ciddi təsir göstərəcək. Lakin elmi baxımdan bu hadisə həm də mühüm bir dönüş nöqtəsidir. Viskonsin-Medison Universitetinin paleoklimatoloqu və araşdırmanın baş müəllifi Endryu Cons (Andrew Jones) bunu belə ifadə edib: "Buzlaqlar əridikdə, biz Yosemitedə buzsuz zirvələri görən ilk insanlar olacağıq".

Yəni cəmi bir neçə onillik ərzində təbiət bizə on min illərdir gizli saxladığı bir mənzərəni göstərəcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri