Icma.az
close
up
RU
119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Dünyanın ən uzun ömürlü insanlarının böyük bir qismi Yaponiyada yaşayır və bu təsadüfi deyil. “Necə olur ki, bu insanlar yalnız 100 yaşı keçməklə kifayətlənmirlər, həm də 110, hətta 119 yaşına qədər sağlam qala bilirlər?”- deyə düşünə bilərsiniz. 


Sherg.az xəbər verir ki, hazırda Yaponiyada dörd super əsrlik insan yaşayır. Yəni onların hər biri 110 yaşı keçib. Bəs onların həyat tərzi necədir?


Yaponların həyatı əsasən balans və nizam üzərində qurulub. LongeviQuest təşkilatının rəhbəri Yumi Yamamotonun da vurğuladığı kimi, super uzunömürlülərin ortaq xüsusiyyəti gündəlik vərdişlərini illərlə dəyişmədən davam etdirmələridir. Bu yazıda yaponların gündəlik vərdişlərini, intizamlarını və evdə asanlıqla hazırlaya biləcəyiniz faydalı reseptləri təqdim edirik.

Yamamoto deyir ki, əsrliklərin əksəriyyəti hər gün eyni saatda yatır, eyni saatda oyanır, yeməkləri israf etmədən, ölçülü şəkildə qəbul edirlər. Bu intizam orqanizmi stressdən qoruyur və hüceyrələrin yenilənməsini dəstəkləyir.


Yaponiyanın yaşayan ən yaşlılarından biri - Fusa Tatsumi bu ilin aprelində 116-cı doğum gününü qeyd edib. Onun kimi bir çox super əsrlik ömürlərini tamamilə rutinə bağlayıblar. Yamamoto, "Business Insider"ə müsahibəsində “Tanış olduğum əsrliklərin çoxu uzun illər eyni vərdişləri davam etdirir” deyib.


Yemək mədəniyyəti də onların uzun ömründə mühüm rol oynayır. Yaponlar həddindən artıq yeməkdən çəkinirlər. Onların fəlsəfəsi “hara haçi bu” adlanır - yəni mədəni yalnız 80% doyurmaq. Yamamoto, 119 yaşına çatmış Kane Tanakanın nümunəsini göstərir: Tanaka “Coca-Cola”nı çox sevirdi, amma gündə yalnız bir şüşə ilə kifayətlənirdi. Nə asılılıq yaradırdı, nə də həddi aşırdı. Siz də gündəlik həyatınızda bu prinsipi tətbiq etsəniz, orqanizmdə iltihabı azalda və metabolizmanı tarazlaya bilərsiniz.


Hərəkət və gündəlik aktivlik də onların uzunömürlülük sirlərindəndir. Yaponlar idman zallarına getməkdənsə, hərəkəti gündəlik həyatlarına daxil edirlər. Araşdırmalara görə, intizamlı yuxu rejimi də vacibdir. Hər gün eyni saatda yemək və eyni saatda yatmaq bu nəsildə dəyişməz qaydadır.



Siz də yatmazdan əvvəl ekranlardan uzaqlaşıb müntəzəm yuxu rejimi qurmaqla bədənin bərpa mexanizmlərini işə sala bilərsiniz. Bu qaydalar yalnız uzun yaşamaq üçün deyil, eyni zamanda xoşbəxt yaşamaq üçün də önəmlidir.


Reseptlər:


Axşam yatmazdan əvvəl hazırlanan qarışığı: Sarımsaq + qaraçörəkotu + bal. Sarımsağı doğrayın, bir çay qaşığı qaraçörəkotu ilə qarışdırın və bir xörək qaşığı bala əlavə edin. Yatmazdan yarım saat əvvəl qəbul edin.


Səhər ac qarına içki: İlıq su + limon + cəfəri. Bir stəkan ilıq suya yarım limon sıxın, bir ovuc doğranmış cəfəri əlavə edin, 5–10 dəqiqə dəmləyin və ac qarına için.


Ara yemək: Mövsümə uyğun meyvə-tərəvəz qarışığı. Məsələn, yayda xiyar və limon dilimləri; qışda yerkökü və alma. Bir ədəd xiyarı doğrayın, üzərinə limon suyu əlavə edin və yanında sürtgəcdən keçirilmiş yerkökü ilə yeyin. Yaponlar kimi, ara yeməkləri buraxmamaq faydalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see151

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri