Icma.az
close
up
RU
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Keçmiş arvadına məxsus “KİA Sorento” markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi (əmlakı qəsdən məhv etmə) ilə təqsirli bilib.

Məlum olub ki, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum edilmiş şəxs sintetik tiner məhlulu alaraq 12 il əvvəl boşandığı qadının avtomobilinin yanına gəlib. O, məhlulu Bakı-Şamaxı yolunun Abşeron rayonu 28 May qəsəbəsindən keçən hissəsində dəyəri 32 min manat olan avtomobilin üzərinə tökərək od vurub. Nəticədə, qadına 6470 manat zərər dəyib.

Zərərçəkmiş şəxs məhkəmədə bildirib ki, eks-əri ondan tez-tez pul tələb edib: “2008-ci ildə Səfa ilə evlənmişəm, 2010-cu ildə qızımız dünyaya gəlib. 2014-cü ildə boşandıq və uşaq mənim himayəmdə qaldı. Səfa bu günə qədər aliment ödəməyib. Buna baxmayaraq, məndən mütəmadi olaraq spirtli içki üçün pul istəyir. Mən də hər dəfə xahişini nəzərə alıb, Səfaya 2-3 manat civarında pul verirdim.

Hadisə günü keçmiş həyat yoldaşım yenə zəng edib pul istədi, bu dəfə imtina etdim. Mənə dedi ki, bu səbəbdən avtomobilimi yandıracaq. Mən də qorxumdan maşını Bakı-Şamaxı yolunun kənarında - mühafizə olunan yerdə saxladım. Saat 18 radələrində yol avtomobili ilə yaşadığım evə gəldim. Gecə saat 11 radələrində mənə zəng edib dedilər ki, maşının yanır”.

Məhkəmənin hökmü ilə Səfa Seyidova 3 il 8 ay həbs cəzası verilib. O, bu dəfə ciddi rejimli müəssisəyə göndərilib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri