Füzulidə ağır yol nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 13-də saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib. Həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsini gözləməyə və manevrlər zamanı diqqətli olmağa çağırır.
İdarə sürücülərə yorğun və yuxusuz halda avtomobil idarə etməməyi, diqqəti yoldan yayındırmamağı, həmçinin özlərinin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etmələrini təmin etməyi tövsiyə edir.
Vurğulanıb ki, hər bir sürücü həm özünün, həm də daşıdığı sərnişinlərin həyatı və təhlükəsizliyi üçün məsuliyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 14 Noyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















