Budanov Ukraynanı qarışdıran “Karfagen” əməliyyatından danışdı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ölkənin Təhlükəsizlik Xidməti (SBU) və Daxili İşlər Nazirliyinin yüksəkvəzifəli əməkdaşlarına qarşı keçirilən “Karfagen” əməliyyatına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Budanov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Qanun hamı üçün eynidir. Vəzifə, rütbə və səlahiyyətlər məsuliyyətdən yayınmaq üçün əsas ola bilməz. Korrupsiya və istənilən cinayətə müvafiq hüquqi qiymət verilməli, təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır”, – deyə o bildirib.
Budanov Ukrayna rəhbərliyinin obyektiv və müstəqil araşdırma, eləcə də ədalətli qərarlar gözlədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 4-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) qanunsuz fəaliyyət göstərən “Call Center”lərə himayədarlıq edilməsi və bunun müqabilində rüşvət alınması ilə bağlı genişmiqyaslı əməliyyat keçirib. Ölkə üzrə 70-ə yaxın axtarış aparılıb.
Əməliyyat çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin generalı Serhiy Duka saxlanılıb. Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Anton Kravçuk, Dövlətçiliyin Müdafiəsi Departamentinin Baş İdarə “D” strukturunun rəis müavini Oleksandr Kovalçuk və digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Ukraynanın hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirib. Həmin tədbirlər zamanı Kiyevdə vətəndaşların bank kartlarından pul oğurlayan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyət göstərdiyi “Call Center”lər aşkarlanıb və çoxsaylı şəxslər ifşa olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə son əməliyyatla bağlı hələlik açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















