Icma.az
close
up
RU
12 tibb işçisi hantavirusa görə karantinə alındı BU ÖLKƏDƏ

12 tibb işçisi hantavirusa görə karantinə alındı BU ÖLKƏDƏ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Niderlandın Nijmegen şəhərində yerləşən "Radboud University Medical Center"nin 12 əməkdaşı hantavirusla bağlı protokolların pozulmasına görə 6 həftəlik karantinə yerləşdirilib.

Redaktor.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, 7 mayda qəbul edilən pasiyent əvvəllər virusun yayıldığı MV Hondius kruiz gəmisində olub və standart tibbi prosedurlardan keçirilib. Lakin hantavirus üçün tələb olunan gücləndirilmiş biotəhlükəsizlik tədbirlərinə tam əməl edilməyib.

Qurumun açıqlamasında qeyd olunub ki, yoluxma riski aşağı olsa da, ehtiyat tədbiri olaraq işçilər karantinə alınıb.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, MV Hondius apreldə Argentinaın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb və təxminən 150 nəfər sərnişin daşıyıb. Gəmidə Böyük Britaniya, İspaniya, Niderland və ABŞ vətəndaşları olub.

Məlumata görə, Hollandiyalı bir cütlük və alman qadın virus səbəbilə həyatını itirib.

Mayın 10-da Tenerifedə gəmidən sərnişinlərin təxliyəsinə başlanılıb və bütün turistlər testdən keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, təxminən 10 nəfərdə hantavirus aşkarlanıb.

Tədqiqatlar göstərir ki, bəzi hallarda aşkar edilən And hantavirus insanlardan insana keçə bilən yeganə növ hesab olunur və əsasən Latın Amerikası regionunda yayılıb.

Qərb mediası bildirir ki, virusun yayılması kruiz gəmisinin hərəkət etdiyi Argentina və ətraf bölgələrlə əlaqəli ola bilər.

Səhiyyə mütəxəssisləri isə bu cür hallarda biotəhlükəsizlik qaydalarının pozulmasının ciddi nəticələr yarada biləcəyini vurğulayırlar.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri