Icma.az
close
up
RU
13 milyonluq tenderi yaxın adamına verdi: AQTA da yoxlamalar başlanır?

13 milyonluq tenderi yaxın adamına verdi: AQTA da yoxlamalar başlanır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Narazılıq, talanan büdcə, haqsız qalibiyyətlər… Söhbət vaxtaşırı müzakirəyə çıxarılan tenderlərdən gedir. Bu istiqamətdə fikirlər ürəkaçan deyil. Bu kontekstdə son günlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2024-cü ildə toplam 24 tender keçirməsi ilə bağlı məlumatlar da birmənalı qarşılanmayıb. Belə ki, bu tenderlər üzrə açıq mənbələrdə qurumun 17 745 543 manatlıq satınalma müqaviləsi bağladığı qeyd olunur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 17 milyonluq tenderlərin 13 milyonunu bir şirkətə həvalə etdiyi üzə çıxıb. Məsələnin maraqlı tərəfi odur ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun hazırda rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğu bildirilir.

Bu məlumatlar keçirilən tenderlərin şəffaflığını şübhə altına alırmı? Yoxlamalar başlana bilərmi?

Globalinfo.az-a danışan AĞ partiya sədri Tural Abbaslı deyib ki, təkcə AQTA və onun nəzdində yerləşən institutlar deyil, ölkədə bir çox müəssisələrdə keçirilən tenderlərlə bağlı qaranlıq məqamlar var:

“Problemi qaydaya salmaq zamanıdır. Çünki tenderlər maliyyənin bəlli bir qrupun əlində cəmləşməməsi, digər şirkət, xidmət sahələrinin də yaşaya bilməsi üçün keçirilir. Tenderlər yeni iş yerlərinin açılması, dövlət büdcəsindən ayrılan vəsaitin vətəndaşlar arasında nisbətən bərabər paylanması baxımından önəmlidir. Buna baxmayaraq, vəzifədə olan şəxs yaxud onun ətrafı tenderlərdən bir gün, uzağı üç ay əvvəl şirkət açır və qazanan yenə onlar olurlar. Bu məsələni tənzimləyən qanunlar var, sadəcə olaraq siyasi iradə vacibdir”.

Tural Abbaslı

T.Abbaslı qeyd edib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlərə, dövlət satınalmalarına nəzarət edir:

“Bu günə qədər böyük tenderlərin ləğvini və ya hansısa şəffafsızlığın aradan qaldırıldığını görməmişik. Görünür, mexanimiz qurulub və heç kim bundan narahat deyil. Tanıdığım bir sıra kiçik biznes sahibkarları var və onların bu sahədən heç bir qazancı yoxdur. Dövlət müəssisələrində tender ala bilmirlər və reallıqla barışıblar. İqtisadiyyatımızı artırmaq, rifah halında yaşamaq, pulun eyni insanların əlində toplanmamasını istəyiriksə, tenderlərə diqqət ayırmalıyıq. Bu sahədə yüksək məbləğlərin dövriyyəsindən söhbət gedir. Müvafiq qurumlar vəzifə borclarını yerinə yetirməlidirlər. Biz təkcə AQTA-ya deyil, bütün müəssisələrə nəzarət etməliyik”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri