13 qol vuran futbolçu: “Sabah”ın formasını geyinmək arzusundayam”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Hər kəs gücünü ortaya qoymaq istəyirdi”.
Bunu İdman.biz-ə açıqlamasında “Şirvan OİK”in futbolçusu Cavid Nəcizadə deyib.
24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatının Region Liqasında V turun “Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşündə 13 qol vurmasından danışıb: “Hədəfim Region Liqasının bombardiri olmaqdır. Bu oyuna da yaxşı köklənmişdim. Bundan əvvəl isə daha çox, səhv etmirəmsə, “Naftalan”la oyunda fərqlənmişdim – 5 dəfə.
Bombardir olmağı hədəflədiyim üçün "Ərgünəş"lə matçda fürsətlərdən maksimum yararlanmağa çalışıb daha çox qol vurmaq istəyirdim. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm, çünki onlar da qol vurmağımda böyük rol oynadılar. "Şirvan OİK" olaraq hədəfimiz II Liqaya çıxmaq, Şirvan şəhərini layiqincə təmsil etməkdir”.
Nəcizadə Premyer Liqada oynamaq arzusundan da bəhs edib: “Hər bir futbolçu kimi mənim də arzum Premyer Liqada çıxış etməkdir. Əgər “Bakı” klubu fəaliyyətini davam etdirsəydi, orada oynamaq istəyərdim. Ancaq indi “Sabah”ın formasını geyinmək arzusundayam”.
Qeyd edək ki, “Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşündə Şirvan təmsilçisi qonaqların qapısından 18 cavabsız qol keçirib. Bu nəticə mövsümün yeni rekordudur. Meydan sahibləri orta hesabla hər 5 dəqiqədən bir qol sevinci yaşayıblar.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















