Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın dövlət rəmzlərinin taleyi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə qəbul etməlidirlər.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə ölkənin dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsində dövlət rəmzlərinin referendum yolu ilə qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla belə, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.
"Vətəndaşlar hansı bayrağı, gerbi və ya himni özlərininki hesab etdiklərinə özləri qərar verməlidirlər", - Paşinyan deyib.
Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərini dəstəkləsələr, onlar dəyişdirilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















