Icma.az
close
up
RU
133 ölkənin reytinqində 3 cü yer

133 ölkənin reytinqində 3 cü yer

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dövlət maliyyə idarəçiliyi reytinqində yüksək nəticə əldə edib

Azərbaycan maliyyə idarəçiliyi “Chandler Governance Group” tərəfindən dərc olunan 2026-cı ilə dair “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib. Ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan “Maliyyə idarəçiliyi” (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub. Hesabatda bildirilir ki, “maliyyə idarəçiliyi” meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir.

“Chandler Governance Group” mərkəzi Sinqapurda yerləşən və qlobal miqyasda dövlət sektorunun səmərəliliyini artırmağa xidmət edən beynəlxalq təşkilatdır. Hökumətlərə dövlət idarəçiliyinin gücləndirilməsi və praktik islahatların aparılması istiqamətində dəstək göstərən təşkilat 2021-ci ildən etibarən dünya ölkələrinin hökumət imkanlarını, effektivliyini və dövlət idarəçiliyi keyfiyyətini ölçən və qiymətləndirən nüfuzlu qlobal indeks yayımlayır. Təşkilatın hesabatında Azərbaycanla bağlı qiymətləndirmə son illərdə büdcə siyasəti ilə bağlı həyata keçirilən uğurlu siyasətin nəticəsi hesab edilə bilər.

Qeyd edək ki, “Chandler Good Government Index 2026” xülasəsində “maliyyə idarəçiliyi” meyarı üzrə qiymətləndirmə 3 əsas parametr - “büdcə profisiti”, “dövlət xərclərinin səmərəliliyi” və “dövlət borcu” indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək “büdcə profisiti” üzrə 1-ci, “dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı, “dövlət borcu” üzrə isə 26-cı mövqedə yer alıb.

Büdcə profisiti üzrə birinci...

Büdcə profisiti dövlət büdcəsinin gəlirlərinin xərclərindən artıq olmasını əks etdirən göstəricidir. Dövlətin müəyyən dövr ərzində əldə etdiyi maliyyə vəsaitlərinin (vergilər, rüsumlar və digər daxilolmalar) həmin dövrdə etdiyi xərclərdən çox olmasıdır. Son illərdə ölkəmizin büdcə gəlirlərinin davamlı olaraq xərcləri üstələməsi müşahidə edilir. Hər ilin sonunda büdcədə faktiki olaraq 2 milyard manata yaxın profisit yaranır. 2026-cı ilin yanvar-avqust aylarında da bu proses davam edib, dövlət büdcəsində 3,5 milyard manatdan çox, icmal büdcədə isə 6 milyard manata yaxın profisit yaranıb. Büdcə profisiti dövlət borcunun azaldılmasına, valyuta ehtiyatlarının artırılmasına və makroiqtisadi sabitliyin qorunmasına kömək edir. Bu baxımdan profisit maliyyə sektorunda büdcə balansının dayanıqlılığına görə, mühüm amil kimi diqqətdə saxlanılır.

Dövlət xərclərinin səmərəliliyi yüksəlib

Hesabatda “dövlət xərclərinin səmərəliliyi” indeksi də büdcə parametrlərində mühüm yer tutan faktorlardan biridir. Xərclərin səmərəliliyi - dövlət büdcəsi vəsaitlərinin minimum resurs sərf etməklə maksimum sosial-iqtisadi nəticənin əldə olunması prinsipinə uyğun idarə edilməsidir. Bu, fiskal yığımların israf olunmadan, cəmiyyət üçün ən faydalı şəkildə xərclənməsinin təmin edilməsi deməkdir. Son illərdə Azərbaycanda nəticəyönümlü büdcə siyasətinə keçid xərclərin səmərəliliyini artırmaqla yanaşı, şəffaflıq və hesabatlılığı da gücləndirir. Xüsusilə də rəqəmsallaşma, dövlət satınalmalarının elektron platformalar (e-satınalma) vasitəsilə açıq tender şəraitində keçirilməsi, rəqəmsal maliyyə sisteminin tətbiqi büdcədənkənar istifadə hallarını azaldır. Dövlət xərclərinin səmərəliliyinin yüksək olması isə makroiqtisadi sabitliyi qoruyur, inflyasiyanı cilovlayır və ölkənin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir. Bu baxımdan həmin indeks üzrə göstəricinin yaxşılaşması Azərbaycanın rəqabətqabiliyyətlilik imkanlarını da artırır.

“Dövlət borcu” indeksi üzrə 26-cı mövqe

Hesabatın “dövlət borcu” indeksi üzrə 26-cı mövqedə yer alması Azərbaycanın borc strategiyası ilə bağlı mükəmməl siyasət yürütməsidir. Hazırda ölkəmizin xarici dövlət borcu 4,5 milyard dollar təşkil edib. Borc 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon dollar və ya 4,1 faiz azalıb. Ümumilikdə, xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bənd aşağı düşüb. Bu gün Azərbaycan dünya miqyasında xarici borcun ÜDM-ə nisbətinə görə, dünyada ən aşağı göstəricilərdən birinə malik ölkədir. İnkişaf etmiş bütün ölkələrdə xarici borc ÜDM-in 80, hətta 100, 110 və ya 120 faiz təşkil edir. Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.

Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Bu amillər “Chandler Good Government Index 2026” hesabatında “dövlət borcu” indeksi üzrə yüksək nəticənin qazanılmasında mühüm rol oynayıb.

Ümumiyyətlə, Azərbaycanda dövlət maliyyəsinin idarə olunmasında tətbiq edilən yeni yanaşmalar, yeni rəqəmsal və institusional mexanizmlər bu sahədə şəffaflıq və hesabatlılığın artmasına səbəb olmaqda, maliyyə nəzarətinin güclənməsini təmin etməkdədir. Sözsüz ki, bu islahatlar xarici institutlar, o cümlədən “Chandler Governance Group” təşkilatı tərəfindən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyinə yüksək qiymət verməsində mühüm rol oynayır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri