14 gündə 120 min sərnişin: Metroda pulsuz giriş tıxacları azaldımı?
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Artıq iki həftədir ki, Bakı metropoliteninin “Xocəsən” və “Avtovağzal” stansiyalarına müvəqqəti olaraq pulsuz (ödənişsiz) giriş tətbiq edilir.
“Bakupost” xəbər verir ki, bu prosesə 23 sentyabr tarixindən başlanılıb.
Bu qərarda əsas məqsəd Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu və Abşeronun digər ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və "20 Yanvar" ərazilərindəki tıxaclara daxil olmadan metroya yönəlməsini təmin etmək və nəqliyyat axınını optimallaşdırmaqdan ibarət olub.
Müşahidə dövrü qısa olsa da, 14 gündür həyata keçirilən bu proseslə bağlı ilkin nəticə olaraq nələri söyləmək olar? Onun təsirləri özünü necə göstərir və ümumiyyətlə göstərirmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, hazırkı məlumatlara əsasən, “Xocəsən” və “Avtovağzal” stansiyalarına ödənişsiz girişin sıxlığı əhəmiyyətli dərəcədə azaltdığını söyləmək hələ tezdir:
“Bakı Metropoliteninin özünün açıqlamasına görə, sentyabrın 23-dən ayın sonunadək bu iki stansiyadan ümumilikdə 120 336 sərnişin istifadə edib. Lakin qurum bildirir ki, müşahidə müddəti qısa olduğundan digər metro stansiyalarında və yerüstü nəqliyyatda sıxlığın nəzərəçarpacaq azalmasını təsdiqləyən kifayət qədər əsas hələ yoxdur”.
Ekspertin sözlərinə görə, burada müəyyən müsbət dinamika artıq hiss olunur:
“16 avtobus marşrutu bu stansiyalara yönləndirilib və məqsəd Sumqayıt, Xırdalan, Masazır və digər istiqamətlərdən gələn sərnişinlərin “20 Yanvar” və “Şamaxinka” ərazisinə daxil olmadan metroya keçməsidir”.
Mənzərəni qiymətləndirən müsahibimiz deyir ki, pulsuz giriş sərnişin axınının istiqamətini dəyişmək üçün potensial yaratsa da, “20 Yanvar” və “Şamaxinka”dakı avtomobil sıxlığına real təsirləri hələlik statistik olaraq sübut olunmayıb:
“Bunun üçün əvvəlki həftələrin eyni günləri ilə müqayisə aparılmalı, həm metro girişləri, həm avtobus sərnişinləri, həm də avtomobil hərəkətinin intensivliyi ayrıca ölçülməlidir.
Yəni ilkin nəticə “sıxlıq artıq azalıb” yox, “sıxlığı azaltmaq üçün sərnişin axınının yenidən bölüşdürülməsi başlayıb, nəticəni qiymətləndirmək isə hələ tezdir” şəklindədir”.
Rüfət Sultan,
BakPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Oktyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















