Icma.az
close
up
RU
14 senator Trampa çağırış etdi: “Putinin G20 yə dəvətini ləğv edin!”

14 senator Trampa çağırış etdi: “Putinin G20 yə dəvətini ləğv edin!”

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Senatının hər iki partiyasından olan 14 senator Prezident Donald Trampı Rusiya Prezidenti Vladimir Putinə dekabrda Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak üçün göndərilən dəvəti ləğv etməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” senatorların Trampa ünvanladığı məktuba istinadən məlumat yayıb.

Senatorlar müraciətlərində bildiriblər ki, “Prezident Putin Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı təcavüzkar müharibəyə görə tam məsuliyyət daşıyır”.

Onların fikrincə, Rusiya Prezidenti davam edən müharibə və Ukraynaya zərbələr fonunda ABŞ-da keçiriləcək sammitdə iştirak edərsə, bu, Rusiya hakimiyyəti ilə münasibətlərin legitimləşdirilməsinə və normallaşdırılmasına xidmət edə bilər.

Məktub müəllifləri həmçinin Putinin, Rusiyanın maliyyə naziri Anton Siluanovun və Rusiya nümayəndə heyətinin digər üzvlərinin ABŞ sanksiyaları altında olduğunu xatırladıblar.

Senatorların fikrincə, Rusiya rəhbərliyinin beynəlxalq təcriddən çıxarılması Moskvanın Ukraynada atəşkəslə razılaşmaq üçün motivasiyasını azalda bilər.

Məktuba imza atanlara Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rocer Uiker və Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokratı Cin Şahin rəhbərlik edib. Sənədi daha altı demokrat və altı respublikaçı senator imzalayıb.

Qeyd edək ki, Putinə G20 sammitində iştirak üçün dəvət göndərildiyini daha əvvəl ABŞ dövlət katibi Marko Rubio təsdiqləyib. Rubio sentyabrın 23-də bildirib ki, Vaşinqton Rusiya Prezidentinin Tramp və digər dünya liderləri ilə görüşünü qarşılıqlı əlaqə üçün imkan kimi qiymətləndirir.

Bununla belə, Putinin dəvəti qəbul edib-etməyəcəyi hələ məlum deyil. Rusiya Prezidenti 2019-cu ildən bəri G20 liderlər sammitlərində şəxsən iştirak etməyib.

Rusiya G20-nin üzvü olaraq qalır. Bu il sammit dekabr ayında Mayamidə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri