Icma.az
close
up
RU
140 il yaşamaq üçün süni intellektdən tövsiyələr

140 il yaşamaq üçün süni intellektdən tövsiyələr

Lent az saytına istinadən Icma.az xəbər verir.

Süni intellekt uzunömürlü insanlar haqqında məlumatları analiz edərək maraqlı, eyni zamanda narahatedici nəticəyə gəlib. Alimlər insan ömrünün nəzəri olaraq 120-150 il arasında ola biləcəyini hesab etsələr də, praktikada insanların çoxu bu həddən xeyli az yaşayır. Sosial şəbəkələrdə istifadəçilər süni intellektə “140 il yaşamaq mümkündürmü?” sualını ünvanlayıb və alınan cavab tez-tez diqqətdən kənarda qalan bir faktora işarə edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, süni intellektin qənaətinə görə, davamlı sinir gərginliyi insan orqanizmini demək olar ki, fasiləsiz həyəcan rejimində saxlayır.

Stress sözü birbaşa ölüm səbəbi kimi göstərilməsə də, onun insan bədəninə dağıdıcı təsiri tibb tərəfindən çoxdan sübut olunub.

Stress sağlamlığa necə təsir edir?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (National Health Service) məlumatına görə, stressin fiziki əlamətlərinə baş ağrısı, başgicəllənmə, həzm problemləri, sinə ağrısı və ürək döyüntüsünün sürətlənməsi daxildir. Bu vəziyyət uzun müddət davam etdikdə, orqanizm daim yüksək gərginlik altında işləməyə məcbur olur.

Bundan əlavə, 2010-cu ildə niderlandlı alimlərin apardığı araşdırma göstərib ki, stress hormonu sayılan kortizolun yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəlidir.

Uzunömürlülük nümunəsi kimi tez-tez fransız qadın Jan Kalman göstərilir. O, 122 il 164 gün yaşayaraq tarixdə ən uzunömürlü insanlardan biri kimi tanınır. Həyat tərzi bəzi baxımdan ideal hesab olunmasa da, o, sakit və sabit həyat sürüb, ciddi stress və sarsıntılardan uzaq olub. Tədqiqatçılar hesab edir ki, bu amil onun uzun ömür sürməsində mühüm rol oynaya bilər.

Beləliklə, elm hələ ki genetik riskləri tam aradan qaldırmağa və insan ömrünü radikal şəkildə uzatmağa qadir deyil. Lakin xroniki stressin azaldılması, həmçinin mavi zonalar adlandırılan bölgələrdə müşahidə olunan həyat tərzi, mülayim fiziki aktivlik, təbii qidalanma və güclü sosial əlaqələr insanın uzunömürlü olma ehtimalını artıra bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Mart 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri