Icma.az
close
up
RU
1400 qramlıq orqan (incognito)

1400 qramlıq orqan (incognito)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

(Birinci hissə)

Paskal "Düşüncələr" əsərində deyirdi: "Bəşər övladı onu bürüyən heçliyi və onu udan sonsuzluğu anlamaqda acizdir".

Beynimizin yüz milyardlarla hüceyrələri var və onlar neyron və qliya adlanır. Qarmaqarışıq şəhər adlanan bu hüceyrələrdən bəhs edən kitabı hər birimiz yəqin ki, oxumaq istəyərik. Biri digərinə sürətli, saniyədə yüzə çatan elektrik siqnalları göndərən bu hüceyrələr 

bizi depressiya sala, panik atak, davranış pozuntusu yarada, əsəbi, qəzəbli, epilepsiya edə bilər. Biz çoxumuz bu hüceyrələrin sayından, göndərdiyi siqnallardan tamamilə xəbərsiz olub, həkimlərə, prixoloqlara, psixoterapevtlərə üz tuturuq. Onlardan biri də bizə demir ki, sənin  kəllə qutunun içində jeleyəbənzər, çəhrayı rəngli, orta hesabla 1400 qramlıq orqan var və o  arzu etdiyimiz hər şeyi asanlıqla həll etməyə qadirdir. Bu kitabı oxuyub bitirdikdən sonra eşq acısı çəkib, əzab yaşayanlara uca səslə qışqırıb deməyim gəlirdi: özün həll edə bilərsən, o heç kimdir, ondan bu şəkildə asılı ola bilməzsən, sən onu beynində formalaşdırmısan, onun sənin həyatında varlığı sənin ona duyğuların olduğu qədərdir, sənin ona verdiyin məna onun səni incitməsinə səbəb olub, beyninə bir əmr versən, artıq onu bir dəfəlik silmək asan, su içmək kimi asan olacaq!

Bu fikirlərlə özümüzü məşğul etdikdə, yəni bir uğura imza atmaq və ya başlamaq istədikdə, bizi üzən birini həyatımızdan tamamilə çıxartmaq istədikdə, xəstəliyimizə qalib gəlmək arzumuz olduqda, həyatın mənəvi rahatlıq tərəfinə üz tutduqda çoxlu düşüncələr bizi idarə edir. Özü də çox usta şəkildə, əsl diktator kimi, dominant formada bizə başçılıq edir. Bəs fikir dedikdə nə başa düşürük?

Müəllif yazır ki, fikrin ağırlığı yoxdur, müvəqqətidir, şəkli, qoxusu yoxdur, onu fiziki olaraq əldə edə bilmərik. Amma səslər kimi fikirlərin də fiziki bünövrəsi var. Müəllifin yazdığı kimi, beyində baş verən dəyişikliklər fikirlərimizi də dəyişir. Dərin yuxu zamanı fikir də yoxdur. Beyin yuxu yatışına, yəni "dream sleep” rejiminə keçdikdə, qəribə fikirlər çağrılmamış qonaqlar kimi özünü yetirir. Eagleman deyir ki, nəticə etibariylə fiziki matrialın vəziyyəti düşüncəyə ciddi şəkildə təsir edir.

Adamı yaxşı mənada dəhşət bürüyür. Təsəvvür edirsinizmi, musiqini və filmi anlamağımız, qərarlar verməyimiz, xəyallarımız, zarafatlarımız, addımlamağımız, sevməyimiz, rəngləri seçməyimiz, hadisələrə münasibətimiz və qiymətləndirməyimiz beynimizlə bağlıdır!

Müəllif çox uğurlu və adamı rahat edəcək bir fikir yazır: "Beynin mürəkkəb sistem olması onun dərkedilməz olduğu mənasına gəlmir. Onun neyron sistemləri qərinələr boyunca təbii seçmə prosesində formalaşmışdır".

Daha sonra müəllif şüur məsələsinə toxunur. Şüurun funksiyasının məhdud olduğunu yazır. Şüuru informasiyası çox olan qəzet kimi təsvir edir. Həmin qəzetdəki məlumatların bir çoxu sizin üçün maraqsızdır. Amma bir məlumatı oxuyarsınız və həmin məlumat sizin ağlınıza bir ideya gəlməsinə kömək edər. Məhz beynin işi bundadır. Sizi çoxdan bu ana hazırlayıb. Dilinizə gətirdiyiniz bilgi neyronal sxemlərin aylarla işləyib ərsəyə gətirdiyi kombinasiyaların məhsuludur. Şüur və idrak bu nəhəng əməliyyat sisteminə nəzarət edə bilmir. Beyin isə bu möhtəşəm işi gizlicə, hiss etdirmədən, yəni "incognito” formasında səhnəyə qoyur. Müəllifin bu fikirlərindən sonra biz çoxlu suallarla üzbəüz qalırıq. Həmin suallardan biri şüur və şüuraltı məsələləridir.

Qalileo Qalileyin çox böyük kəşfə imza atdığını İohann Göte ondan 200 il sonra aşağıdakı sözlərlə ifadə etmişdi: 

"Bütün kəşflər və fikirlər arasında insanın ruhuna bu qədər təsir edən ikinci bir kəşf yoxdur, yəqin… Dünyanın kürə və bütöv olduğu yeni ortaya çıxmışdı ki, üstəlik kainatın mərkəzində olmadığı da irəli sürüldü. Yer dünyanın mərkəzi olmaq kimi böyük bir imtiyazdan əl çəkməli idi.

Bəşər övladı bəlkə də bundan böyük bir tələblə qarşı-qarşıya qalmamışdı. Bəs ondan sonra nə olacaqdı? Cənnətimizə, məsum dünyamıza, dindarlığımıza və şerimizə, hisslərimizin şahidliyinə, poetik-dini  inanc mövzusundakı hökmlərimizə nə olacaqdı? Fikir azadlığı və böyük düşünmək tələb olunurdu".

Götenin manifestə bənzəyən bu sözləri məni bir oxucu kimi həmin illərə, Qalileyin bu fikri ilk dəfə söylədiyi və kəskin etiraz, inamsızlıqla qarşılandığı dövrə aparır. Təsəvvür edirsinizmi, yeni kəşfə imza atılır və hər kəs sənə qarşı çıxır, səni pisləyir, səni öldürməklə hədələyir, səni kafir adlandırır.

Müəllif bu məqamda çox yerinə düşmüş suallar verir: "Brunonu niyə tələm-tələsik edam etdilər? Qaliley kimi bir dahinin necə oldu ki, məhbəslərdə əl-ayağı kündəyə vuruldu? Demək müəyyən bir dünyagörüşünü qəbul etmiş cəmiyyətdə köklü və ani sıçrayışlar dərhal hamı tərəfindən mənimsənilmir".

Oxucu sual verə bilər ki, beyindən bəhs edən bu kitabda fəza elminin kəşflərindən niyə söhbət açılır? Müəllif "yaxın əyləşin, diqqətli olun, görün beyin elminin fəzasında nə kimi kəşflər var…" deyir.

Bu çətin, qarışıq yola qısa nəzər salmaq mənim üçün çox maraqlı idi. Bəzilərini sizinlə bölüşərək, beynimiz haqqında bu günkü elmi məlumatların asanlıqla ərsəyə gəlmədiyinə nəzər yetirmiş oluruq.

Riyaziyyatçı alim və filosof Leybnis hələ 18-ci əsrdə beynin "əlçatan və əlçatmaz" hissələrin qarışığından əmələ gəlməsi fikrini irəli sürdü. Riyazi analiz elmini ixtira etmiş alim dərk etmədiyimiz bəzi qavrayışların şüuraltı ilə bağlı olduğunu demişdi. Şüuraltı nəzərə alınmasa, tablo natamam qalacaqdı. "Hiss edilməyən qavrayışlar insan beyninin öyrənilməsində çox vacibdir" deyən alim fərqində olmadığımız hərəkətləri istiqamətləndirən meyllərin mövcudluğunu irəli sürmüşdü. O fikirlərini "İnsan qavrayışı barədə yeni mülahizələr" kitabında toplanıb, amma onun kitabı yarım əsr sonra çap olunub. Adamı dəhşət bürüyür. Bu cür dərin elmi kəşfin gölgədə qalması, başqa sözlə desəm, şüuraltının kəşfinə dair ilk rüşeymlərə müasirləri tərəfindən diqqət edilməməsi bizi uzun müddət geridə qoyub. Onun kitabının gölgədə qalmasına səbəb maarifçilik cərəyanının "özünüdərk" anlayışı ilə təzad təşkil etməsi idi. Yəni şüürdan kənarda, bizdən asılı olmayan davranışlar var idi.  Bu davranışların rasional düşüncə ilə əlaqəsi yox idi. Hıçqırmaq, mahnı oxuyanda ayaq ilə ritm tutmaq, hansısa zarafata qəfil gülmək və başqa misallar demək olardı. Leybnisin kitabında bu cür izahedilməz boşluqların doldurulmasına aid fikirlər əks olunmuşdu. Bu davranışların kökündə mühakimə və məntiq dayanmırdı.

Bu gün müxtəlif psixoloji xəstəliklərin, rahatsızlıqların şüuraltı ilə izahı və müalicəsi üçün biz həmin alimlərə çox dərindən minnətdar olmalıyıq. Uşaqlıq illərimizdə bizə deyilən acı sözlər, vurulan mənəvi və fiziki zədələr, şahidi olduğumuz gərgin hadisələr şüuraltımıza yığılır və yaş artdıqca onlar gizli yerdən gözlənilməz anda çıxıb, əhval-ruhiyyəmizi və bəzən həyatımızı alt-üst edir. Amma insan düşüncənin onu idarə etdiyini bildikdə, düşüncələrinə sahiblik etdikdə, bu cür hallardan uzaqlaşa bilir. Ekhart Tollenin "İndinin gücü" kitabında mənliyini, şəxsini keçmişinlə eyniləşdirmədən çox rahat olmağın yollarından söhbət açılır. Mən həyatımdakı bir çox zədələlərimdən məhz həmin kitabı oxumaqla azad oldum. 

Beynimizə gün ərzində saysız-hesabsız və məntiqi əsası olmayan fikirlər gəlir. Onlar bizim boş və mənasız yerə kefimizi pozur. Kimləsə olan söhbət qəfildən yadımıza düşür və bütün bu hallar şüuraltının işidir. Amma özümüzə kənardan baxanda, keçmişdəki qara taleyimizin daha bizim olmadığını dərk edəndə həyat rahat olur. Şüuraltı müəyyən mənada əlimizdədir. Bəlkə tam halda onu silə, onu idarə edə bilmərik. Amma uğurlu dəyişiklər mümkündür.

Könül Nuriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri