Icma.az
close
up
RU
143 milyonluq yeyinti işi: Bu tədbirlərə 2,3 milyon xərclənib

143 milyonluq yeyinti işi: Bu tədbirlərə 2,3 milyon xərclənib

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Müdafiə Nazirliyinin (MN) Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov və Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayəti üzrə çıxış ediblər.

Təqsirləndirilən Bayram Bayramov ittihamla razılaşmadığını bildirib. O deyib ki, korpusun bütün maliyyə xidmət rəislərinin mənimsədiyi məbləğlər onun adına yazılıb:

"Bir neçə epizod üzrə mənim adıma artıq pullar yazılıb. Həmçinin bir hərbi hissədə mənim və hərbi hissənin maliyyə xidmət rəisinin iştirakı olmadan yoxlama aparılıb. 2022-ci ildə Rəfail Xələfov və digər təftişçilər yoxlamaya gəlmişdilər. Aşkarlanan məbləğin 60 faizi onlara verilib, lakin Rəfail Xələfov ifadəsində bunu boynuna almayıb. O, cəmi 950 min manat mənimsədiyini təsdiqləyir, onun 313 min manatını da guya, mənə verdiyini deyib".

Müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin sözlərinə görə, birinci instansiya məhkəməsində ifadə verən maliyyə xidmət rəisləri və digər şahidlər Nizami Məmmədovun adını çəkməyiblər:

"Nizami Məmmədovun adına 18 milyon 600 min manat pul yazılıb. Bu pulun da 12 milyon manatdan çoxu istintaq orqanının depozit hesabına ödənilib. Lakin məhkəmə müvəkkilimin dəymiş ziyanın qismən ödədiyi qənaətinə gəlib. Bu məbləğ ümumi məbləğin 70 faizinə bərabərdir. Bunun qarşılığında müvəkkilimə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib".

Vəkil deyib ki, bu mexanizm Nizami Məmmədovdan əvvəl də olub:

“Bunu o, özündən çıxartmayıb. İş üzrə dindirilən bütün şahidlər ifadələrində inspeksiya ilə bağlı pul verdiklərini deyiblər. Bu üsulla N.Poladova Nizami Məmmədovun adından pul verilib. Bu pul Nizami Məmmədovun adına yazılmış 18 milyon 600 min manatdan çıxılmalıdır".

Vəkil Rəşad Mirmehdizadə əlavə edib ki, müvəkkili Nizami Məmmədovun adına başqa bir epizod üzrə 2 milyon 300 min manat pul yazılıb. O, bu pulun Müdafiə Nazirliyində keçirilən tədbirlərə xərcləndiyini deyib.

Müdafiəçinin sözlərinə görə, ibtidai istintaqın ilk dövrlərində mənimsənilən məbləğlər 80 milyon manat göstərilsə də, bununla bağlı hər hansı bir sənəd mövcud olmayıb:

"Sonra məbləğ daha da acınacaqlı şəkildə qaldırılaraq 143 milyon manat müəyyən olundu. Qeyd edim ki, indiyə kimi bu iş üzrə dövlətə 40 milyon manata yaxın ödəniş olunub. Bu vəsait az məbləğ deyil. Həmçinin bizim birinci instansiya məhkəməsində toxunduğumuz məsələlərdən biri də Rəfail Xələfovun bu işin ortasında olmağıdır. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin müxtəlif şöbələri olub. Rəfail Xələfov da nəzarət-təftiş şöbəsinin rəisi kimi bölgünü özü müəyyən edib".

Vəkil Rəşad Mirmehdizadə vurğulayıb ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır:

"Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət edib. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300.000 manat pul mənimsədiyini və bunu hissə-hissə qaytarılmasına şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır”.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri