Icma.az
close
up
RU
“15 İyun Zəfərə doğru birlik” mövzusunda tədbir keçirilib

“15 İyun Zəfərə doğru birlik” mövzusunda tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş günü münasibətilə  “15 İyun - Zəfərə doğru birlik” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin qarşısında ucalan Ümummilli Liderin heykəlini ziyarət edərək önünə gül dəstləri düzdülər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Kəlbəcər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Tural Oruczadə, Kəlbəcər rayon Statistika İdarəsinin rəisi Ramil Salmanov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Xankişiyev, Kəlbəcər rayon Məşğulluq Mərkəzinin direktoru Hikmət Yusibov və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərkəzin əməkdaşı tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-stendlər, şəxsi əşyalar haqqında, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə tarixi səfərləri barədə ətraflı məlumat verdi.

Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Tural Oruczadə, Kəlbəcər rayon Statiskası İdarəsinin rəisi Ramil Salmanov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər Xankişiyev qeyd ediblər ki, son illərdə Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. 1993-cü il iyunun 15-də başlayan Milli Qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir.

Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri