Ağcabədi məktəblərində maarifləndirici tədbirlər KEÇİRİLDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağcabədi rayonunda Avşar kənd və Hindarx qəsəbəsində yerləşən 1,2 və 3 saylı məktəblərdə maarifləndirici tədbirlər keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirlərdə iştirak edən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkomanlıq, erkən nikah və onun yaratdığı təhlükələrdən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs ediblər. Həmçinin neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Tədbirlər zamanı ali təhsil almaq arzusunda olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verilib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışılıb.
Sonda məktəblilərin mövzularla bağlı sualları cavablandırılıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















