Vüqar Bayramov: “İlk dəfə “Barselona”ya azarkeşlik etməyəcəm”
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Mən ömrümdə ilk dəfə olaraq "Barselona" komandasına azarkeşlik etməyəcəm. Baxmayaraq ki, indiyədək bütün oyunlarda "Barselona" komandasına azarkeşlik etmişəm. Amma bu gün mən "Sabah"a azarkeşlik edəcəm və "Sabah"ın yaxşı nəticə əldə etməsini istəyirəm”.
Bu sözləri Bizim.Media-ya deputat Vüqar Bayramov bu gün baş tutacaq “Sabah”- “Barselona” oyunu haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, “Sabah”ın “Barselona” ilə qarşılaşması Azərbaycan futbolu adına özü böyük uğurdur:
"Məncə, nəticədən daha çox bu oyunun keçirilməsi faktına və "Sabah"ın dünya nəhənglərindən olan, dünyanın aparıcı komandalarından biri olan "Barselona"ya qarşı oynaması faktına diqqət yetirmək lazımdır.
Bütün hallarda nəticənin necə olmasından asılı olmayaraq, təbii ki, "Barselona"nın Bakıya gəlməsi, Bakıda Çempionlar Liqasının rəsmi oyununda Azərbaycan komandasına qarşı oynaması özü bir uğurdur. Buna görə "Sabah"ı təbrik etmək lazımdır. Əminəm ki, bu davamlı olacaq".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















