Icma.az
close
up
RU
15 manata yeni həyat ... Ad və ya soyadını dəyişmək istəyənlər bunu yalnız 1 dəfə edə bilər

15 manata yeni həyat ... Ad və ya soyadını dəyişmək istəyənlər bunu yalnız 1 dəfə edə bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən bizə verilən adı bəyənmirik, onu dəyişmək istəyirik. Bu haqda çox düşündükdən sonra hansı addımları atacağımız bizim üçün sual yaradır.Adımızı və ya soyadımızı nə zaman dəyişə bilərik?Adımızı dəyişmək üçün hara və hansı sənədlərlə müraciət etməliyik?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad, ata adı və soyad daşımaq hüququ verilir. Uşaq bir qayda olaraq valideynlərinin soyadını daşıyır və əgər uşaq bir müddətdən sonra valideynlərinin soyadından imtina etmək istəyərsə, 18 yaşına çatana qədər bununla bağlı mütləq şəkildə, yaşadığı və qeydiyyatda olduğu rayon, eləcə də şəhər icra hakimiyyətinin tabeçiliyindəki yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyadan rəy almalıdır və bundan sonra ad dəyişdirilə bilər.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“18 yaşına çatdıqdan sonra uşaq özü öz təşəbbüsü ilə adını da, soyadını da dəyişə bilər. Amma qanun bu prosesə yalnız bir dəfə icazə verir. Bundan sonra ad dəyişdirilməsi mümkün olmur”-deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov bildirib ki, 18 yaşından sonra adın və ya soyadın dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq rayon şəhər şöbələrinə, Vətəndaş vəziyyəti aktlarının qeydiyyat şöbəsinə və ya ASAN xidmət mərkəzlərinə müvafiq ərizə ilə yanaşı, doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, eyni zamanda hərbi bilet və ya qeydiyyata dair sənəd, 2 ədəd 3x4 fotoşəkil və şəxs nikahdadırsa nikah haqqında şəhadətnamə təsdiq olunduqdan sonra təqdim edilməlidir.

“Ad dəyişdirilməsi üçün 15 manat məbləğində dövlət rüsumu ödənilir və bundan sonra həmin qeydiyyat şöbəsi ya şəxsin adını dəyişir, ya da dəyişməkdən imtina edir. İmtina edildikdə rəsmi imtina sənədi təqdim edilir. İmtinanı aldıqdan sonra bir ay müddətində vətəndaş yaşadığı ərazi üzrə məhkəməyə müraciət edir. Məhkəmədə adını və soyadını nəyə görə dəyişdirilməsi barədə mövqeyini əsaslandırır. Bundan sonra məhkəmə qərarı təqdim olunur və şəxsin adının və soyadının dəyişdirilməsi təsdiqlənmiş olur”-deyə hüquqşünas qeyd edib.

Ramil Süleymanov vurğulayıb ki, şəxs adını və ya soyadını dəyişdirməklə bağlı müvafiq qeydiyyat aparıldıqdan sonra ali təhsil haqqında sənədi varsa və bu qəbildən olan müxtəlif sənədləri alıbsa, müvafiq düzəlişlərlə bağlı həmin təhsil müəssisələrinə müraciət etməklə düzəlişlərin edilməsinə nail ola bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri