Icma.az
close
up
RU
Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərinə göz dikib

Macarıstan “Lukoil”in Azərbaycandakı aktivlərinə göz dikib

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstanın MOL neft-qaz şirkəti ABŞ rəsmilərinə Rusiyanın “Lukoil” şirkətinin xaricdəki aktivlərini almaqda maraqlı olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış üç mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, “Lukoil” hazırda "Exxon Mobil", "Chevron" kimi ABŞ nəhəngləri, həmçinin Yaxın Şərqdən potensial investorlarla danışıqlar aparır.

Mənbələrin məlumatına görə, MOL şirkəti “Lukoil”ə məxsus Avropadakı neftayırma zavodları və yanacaqdoldurma məntəqələrini, həmçinin Azərbaycan və Qazaxıstandakı hasilat layihələrindəki payları almaqda maraqlıdır.

Qeyd edilib ki, Macarıstanın baş naziri Viktor Orban bu məsələni 9 noyabrda Ağ Evdə ABŞ prezidenti Donald Trampla müzakirə edib. Noyabrın sonunda Orban Rusiya prezidenti Vladimir Putinlə də görüşüb və danışıqlardan sonra “məcburi satışlar fonunda iki-üç böyük müqavilə üçün yeni imkanların açıldığını” bildirib.

Qeyd edək ki, ABŞ oktyabrın 22-də “Lukoil”, “Rosneft” və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra “Lukoil” xarici aktivlərinin satışına başlayıb. ABŞ Maliyyə Nazirliyi noyabrda şirkətin beynəlxalq biznesinin satışı ilə bağlı əməliyyatlara 13 dekabradək icazə verən xüsusi lisenziya verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri