Icma.az
close
up
RU
15 milyard dollar ABŞ ın diqqətində bu dəfə

15 milyard dollar ABŞ ın diqqətində bu dəfə

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Komandor adaları... Rusiya razı olacaq? 

Komandor adaları ABŞ-ın siyasi gündəmində önəmli mövzuya çevrilir. Belə demək mümkünsə, ABŞ Rusiya Federasiyasının Komandor adalarını almaq istəyir. Qeyd edək ki, ABŞ Quru Qoşunlarının polkovnik-leytenantı Ceffri Frits Rusiyadan sözügedən adaların 15 milyard dollara alınmasını təklif edib. Amerikalı polkovnik-leytenant “Breaking Defense” nəşri üçün yazdığı məqalədə qeyd edib ki, bu adalar ABŞ-ın Sakit Okeanda milli təhlükəsizliyinin möhkəmlənməsi, o cümlədən ABŞ-ın Arktikada geosiyasi və geoiqtisadi təsir imkanlarının artması üçün strateji əhəmiyyət kəsb edir. Fritz bildirib ki, Komandor adaları Çinin Jianggezhuang adlı hərbi-dəniz bazasından Arktikaya uzanan potensial marşrut boyunca yerləşir. Onun fikrincə, ABŞ bu mümkün razılaşma çərçivəsində təkcə adaları deyil, həm də onlara bitişik olan xüsusi iqtisadi zonanı, təbii ehtiyatları və infrastruktur obyektlərini də almalıdır. O, öz fikirlərini bununla əsaslandırıb ki, bu ərazilər alınarsa, ölkənin xüsusi iqtisadi zonası 3,8 ???? genişlənə bilər. Fritz, həmçinin bildirib ki, Komandor adaları ABŞ-ın Alyaska ştatının tərkibinə daxil edilə bilər. 

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp öz çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır - Ağ Evin rəhbəri hesab edir ki, Qrenlandiyanın ilhaq olunması Vaşinqtonun milli təhlükəsizlik və “azad dünyanın müdafiəsi” strategiyası üçün vacibdir. Təbii ki, Trampın bəyanatları Danimarkada ciddi narahatlığa səbəb olub.  Danimarkanın baş naziri Mette Frederiksen Trampa öz qəti etirazını bildirib və Kopenhagenin Qrenlandiyanın ABŞ-a ilhaq olunmasına heç bir zaman razı olmayacağını bəyan edib.

 Rusiyadan cavab gecikməyib 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Cefri Fritsin Komandor adalarının Rusiyadan ödəniş müqabilində alınması ilə bağlı təklifinə münasibət bildirib. Zaxarova Fritsin fikirlərini qəbuledilməz hesab edib və o, bəyan edib ki, Rusiya heç vaxt öz ərazisinin bir hissəsini belə heç bir dövlətə güzəştə getməyəcək: “Bunu prinsipcə şərh etməyə dəyməz, çünki bizdə Vətəni satmaq həm qanunla, həm də vicdanla ən dəhşətli cinayətlərdən biri sayılır”, - deyə Zaxarova vurğulayıb. Bundan əlavə, diplomat xatırladıb ki, ABŞ-ın dövlət borcu ilə bağlı böyük problemləri var, ona görə də onu ödəmək üçün mövcud vəsaitdən istifadə etməyi təklif edib.  

Adalar harada yerləşir? 

Komandor adaları Rusiyanın şərqində Sakit Okeanın Berinq dənizinin cənub-qərbində, Kamçatka yarmadasının yaxınlığında yerləşir. Adalar 1741-ci ildə Danimarkalı səyyah Vitus Berinq tərəfindən kəşf edilib. Aleut adalarının davamı hesab edilən Komandor adaları aktiv seysmik bölgədə yerləşir və relyefi əsasən dağlıq ərazilərdən ibarətdir. Flora, Fauna və müxtəlif bitki növləri ilə zəngin olan adaların ərazisində ancaq balıqçılıqla məşğul olan əhali yaşayır. 

Adaların strateji əhəmiyyəti 

Komandor adaları heç bir təbii resursa malik deyil, amma bu adalar hər zaman xüsusi diqqət mərkəzində olub. Bu adalar ABŞ, Çin və Rusiya, hətta vaxtilə Yaponiyanın özü üçün də siyasi, iqtisadi və hərbi cəhətdən xüsusi əhəmiyyət kəbs edib. Komandor adaları Arktikanı Yaponiya, Koreya və Çini, ümumilikdə, Cənubi-Şərqi Asiya ilə birləşdirən marşrutun üzərində yerləşir. Arktikaya  tərəf üzən Çin gəmiləri, habelə digər Asiya ölkələrinin gəmiləri məhz bu adaların yaxınlığından keçirlər. Adalar ABŞ üçün hərbi-siyasi cəhətdən ona görə önəmli ola bilər ki, bu adalar üzərindən həm Çinin hərbi və ticarət gəmilərinin hərəkət trajektoriyasını izləmək imkanları əldə etsin, həm də Sakit Okeanda öz geostrateji və geosiyasi mövqeyini daha da möhkəmləndirsin. İqtisadi maraqlara gəlincə, Komandor adalarının ilhaqı Vaşinqtona öz ştatı - Alyaska iqtisadi zonasının ərazisini genişləndirməklə yanaşı, Arktika ilə Cənub-Şərqi Asiyanı birləşdirən marşrut xəttinə nəzarət etmək imkanı qazandıra bilər. ABŞ pulla bu adaları Rusiyadan qopara bilərsə, şübhəsiz ki, bu ərazidə ilk növbədə öz ticarət limanlarının əsasını qoyacaq. Bu baxımdan bəzi Qərb və rus ekspertləri iddia edirlər ki, Amerikalı polkovnik-leytenant Ceffri Frits Komandor adaları ilə bağlı məqaləsini məhz Ağ Evin və ya ABŞ-ın müəyyən hərbi-siyasi dairələrin tapşırığı əsasında qələmə alıb. Onlar belə fikirdədirlər ki, ABŞ-ın Komandar adaları ilə bağlı niyyəti Fristin dili ilə beynəlxalq ictimaiyyətə çatdırılıb. 


Y.ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri