Icma.az
close
up
RU
15 yaşına çatmayan uşaqların çalışması ilə bağlı MÜHÜM AÇIQLAMA

15 yaşına çatmayan uşaqların çalışması ilə bağlı MÜHÜM AÇIQLAMA

Icma.az, News24 portalına istinadən məlumat yayır.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib ki, 15 yaşlı uşaqların əmək müqaviləsi bağlaya bilməməsi praktikada problemlər yaradır.

O, Konstitusiyaya dəyişiklik edilərsə, bəzi məsələlərin aradan qaldırılmasının nəzərə alınmasını təklif edib.

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ – Övladlarınız onlayn qumara cəlb edilə bilər

Sahib Məmmədovun bu çıxışı mətbuatda və cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzilərinə görə, uşaqlarla əmək müqaviləsinin bağlanması uşaq əməyinin istismarına yol açacaq.

Bəs hansı sahələrdə uşaqların əməyindən istifadə etmək və bunu qanuniləşdirmək olar?

Məsələ ilə bağlı fikir müəllifinin özü ilə əlaqə saxladıq.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, parlamentdəki çıxışının mahiyyəti ondan ibarət olmayıb.

O, sadəcə, nümunə çəkdiyini qeyd edib:

“2009-cu ildə Konstitusiyaya dəyişiklik ediləndə biz ora əlavə etdik ki, 15 yaşlı uşaqların işə cəlb olunması qadağan olunsun. Bu, Əmək Məcəlləsində var idi və kifayət idi. Həmçinin, Beynəlxalq Əmək Təşkilatında müvafiq konvensiyalara qoşulmuşuq. Bunu Konstitusiyaya gətirməklə təcrübədə problem yaratdıq.

Halbuki 15 yaşına qədər uşaqlar müəyyən işlərə cəlb oluna bilərlər. Ona görə də bu, Əmək Məcəlləsində istisna hal kimi nəzərdə tutula bilər. Nazirlər Kabineti öz qərarı ilə siyahı tərtib edə bilər ki, 15 yaşına çatmayan uşaqlar hansı şərtlər və hansı iş yerlərində əməyə cəlb oluna bilərlər”.

Komitə sədri uşaqların hansı sahələrdə əməyindən istifadə edilməsinin mümkünlüyünü açıqlayıb:

“Bəzi nümunələr çəkirəm və bilmədiklərim ola bilər. İdmanın elə növü var ki, məsələn, bədii gimnastika, şahmat orada uşaqlar ödənişli işə cəlb oluna bilər. İdmanın müxtəlif növləri, stolüstü oyunlar və yaxud uşaq filmlərində uşaqların rol alması, həmin filmlərin, cizgi filmlərin dublyajında səslənmədə iştirak və s.

Hansısa festivallar, ödənişli müsabiqələr keçirilə bilər. O zaman bütün hallarda olmasa da, bunları işə cəlb etmək zərurəti ortaya çıxa bilər. Amma Konstitusiya ümumiyyətlə uşaqların əməyə cəlb olunmasına qadağa qoyub”.//bizim.media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Aprel 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri