Icma.az
close
up
RU
15 yaşlı ana”

15 yaşlı ana”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ucar rayonundan gələn son xəbər sadəcə bir kriminal xronika deyil, cəmiyyətimizin mənəvi sütunlarının necə sarsıldığının növbəti sübutudur. 15 yaşlı bir qız uşağının dünyaya uşaq gətirməsi xəbərini oxuyanda ilk ağlımıza gələn sual "Necə olub?" olur. Amma əsl sual budur ki, biz harada idik?

Ananın "xəbərim olmayıb, martın 31-i bildim" sözləri bəlkə də bu faciənin ən qorxulu hissəsidir. Bir evdə yaşayan, hər gün üz-üzə baxan ana və övlad arasında necə bir uçurum olmalıdır ki, aylar keçsin, amma heç nə hiss olunmasın? Bu, sadəcə fiziki bir "görməmək" deyil, bu, ünsiyyətin, inamın və ailə daxili bağların tamamilə qopmasıdır. Uşaq öz evinə, öz anasına sığına bilməyibsə, biz hansı "yaxın qonşuluqdan" və ya "ailə dəyərlərindən" danışa bilərik?

İddia olunan təcavüz hadisəsi, əgər təsdiqlənərsə, "qonşu inamı" anlayışına vurulan ağır bir zərbədir. "Gedişli-gəlişli idik, yaxın idik" deyən bir ananın uşağının başına elə o "yaxınlıq" daxilində oyun açılması cəmiyyətdəki təhlükəsizlik hissini yox edir. Biz uşaqlarımıza "yad adamlardan qaç" deyirik, bəs təhlükə "tanışın", "qonşunun" simasında gələndə uşaq kimdən qaçmalıdır?

İndi hər kəs DNT nəticələrini, kimin günahkar olduğunu gözləyir. Amma unutmayaq ki, burada ən böyük qurban hələ özü uşaq olan o 15 yaşlı qızdır. Onun oyuncaq oynayan, dərs oxuyan yaşında qucağına körpə verilməsi onun gələcəyinin, təhsilinin və psixologiyasının yandırılması deməkdir. Bu yaşda bir uşağın razılığı və ya "sevgi" bəhanəsi ola bilməz. Bu, qanunla da, əxlaqla da cinayətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələni nəzarətə götürməsi müsbətdir, lakin dövlət hər evin içinə polis yerləşdirə bilməz. Məsuliyyət ilk növbədə valideynlərin, sonra isə o uşağın dəyişən davranışını, solan gözlərini görməyən çevrənin üzərindədir.

Bu gün Ucarda doğulan o körpə bir faciənin nişanəsidir. 15 yaşlı qızın "ana" olması bir uğur yox, bir cəmiyyət olaraq hamımızın məğlubiyyətidir. Biz uşaqlarımızı qoruya bilmirik. Onları rəqəmsal dünyanın manipulyasiyalarından, qonşunun təcavüzündən və ən əsası öz laqeydliyimizdən qoruya bilmirik.

DNT nəticələri bir nəfərin adını ortaya çıxaracaq, amma bu faciənin mənəvi məsuliyyəti hamımızın üzərində qalacaq.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Aprel 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri