Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

15 yaşlı gəlinlər...

15 yaşlı gəlinlər...

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vicdan elə bir şeydir ki, ya var, ya da yerli-dibli yoxdur. 

Namus elə bir şeydir ki, ya var, ya da yoxdur. 

Qürur elə bir şeydir ki, ya var, ya da yoxdur. 

Ləyaqət elə bir şeydir ki, ya var, ya da yoxdur.

Bir çox dəyərlər var ki onların orta həddi olmur. Məsələn, deyə bilməzsən ki, mən filan məsələdə qürursuzluq etdim, amma ümumilikdə qürurlu adamam. Əgər bir dəfə bu pisliyə yoldaşlıq etdinsə, deməli, sən əslində xarakter olaraq beləsən. Vəssalam! Nə qədər gizlətməyə çalışsan da, illərlə üstünü örtməyə çalışdığın pislik əvvəl-axır vurub üzə çıxır. İndiyə kimi özünü təqdim etdiyin müsbət tərəflərin zibil olub gedir işinin dalınca. Hüquq da belə deyilmi? Sən bütün həyatın boyu dürüst yaşaya bilərsən, qanunları pozmazsan, cəmiyyətdə müsbət imicin ola bilər. Amma etdiyin ilk cinayətdə bunların hamısı sıfırlanar, qanun qarşısında cinayətkar kimi dayanırsan. Cəzanı çəkirsən və bu sənin həyat tərcümeyi-halına ömürlük olaraq yazılır.

Sabirabadda azyaşlı gəlinin həyat yoldaşı tərəfindən öldürülüb Kür çayına atılması cəmiyyətin diqqətini yenidən bu mövzuya yönəltdi. Bəlli olur ki, ata-ana azyaşlı qızı 15 yaşında ərə veriblər, daha doğrusu qaçırıblmasına göz yumublar. Təsəvvür edirsiniz?! 15 yaşında uşaq gəlin köçür. O hələ uşaqdır, ata-ana qayğısına ehtiyacı var. Oyuncağını belə tam tərk etməmişdi. Amma indi ər evinə aparılır, məişət qayğıları və yataq öhdəlikləri yüklənir. Bu cümləni yazarkən küçədə, məktəbdə, parkda gördüyüm 15 yaşlı qızlar gözümün önünə gəlir. Tüklərim biz-biz olur.

Ata deyir ki, “qızı qaçıranlar seyiddir, ona görə heç nə edə bilmədik”. Bu necə cavabdır? Niyə hüquq-mühafizə orqanlarına məlumat verilməyib? Qanun seyidə yox, 15 yaşında uşağın həyat hüququna tabedir.

Hadisə təkcə hüquqi deyil, həm də dərin mənəvi faciədir. Bu ağır cinayətdir. Seyidin cəddindən qat-qat artıq cinayət. Bu cinayəti görüb susmaq, hüquqi tərəfini bir tərəfə qoyuram mənəvi baxımdan çox böyük əxalqsızlıqdır, vicdansızlıqdır, namussuzluqdur. 

Azyaşlıların evləndirilməsinin qarşısını almaq üçün dövlət və QHT-lər tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Amma reallıqda bu tədbirlərin cəmiyyətə təsiri yox səviyyəsindədir. Çünki bu hadisələr yalnız faciə baş verəndə gündəmə gəlir. Halbuki, buz dağının görünən hissəsini görürük- arxa planda, xəbərsiz olduğumuz onlarla, yüzlərlə belə məqamlar var.

Azərbaycanda ailə münasibətləri, ailə dəyərləri kəskin şəkildə deqradasiyaya uğramaqdadır. Bir cəmiyyətdə ailə sağlam deyilsə, cəmiyyətin özünün sağlam olması mümkünsüzdür. Bizim gözlərimizin qarşısında bu dəyərin kərpicləri bir-bir qopub düşür. Heç nə edə bilmirik, ya da etmək istəmirik. 

Sosial şəbəkələrin cəmiyyətə vurduğu ilk və sağalmaz zərbə məhz ailə məsələləri ilə bağlı oldu. İndi bu şəbəkələr özünü başqalarına təqdim edən qadınlar və qadınları əxlaqsızlığa dəvət edən “kişilərlə” doludur. Özümüzü, yaxınımızı, övladlarımızı kimdən, harada necə qoruya bilərik? Ətraf çirkabla doludursa, bu çirkaba bulaşmadan ömrümüzü ləyaqətlə necə davam edə bilərik? Hər gün xəbər saytlarında hansısa qadının, azyaşlı uşağın şərəfsizlik qurbanı olduğunu oxuyuruqsa, biz bu real olaylara hansı məsafədə dayanmışıq? Bu xəbərlər hamımız üçün qırmızı xəbərdarlıq deyilmi?

Hər gün oxuduğumuz qadın cinayətləri, uşaq zorakılığı, ailədaxili faciələr bizə bir siqnal verir - bu hadisələr artıq “qeyri-adi” deyil. Onlar norma halına gəlməyə başlayıb. 

Mən hər şeyi qara görmək niyyətində deyiləm. Heç xarakterim də buna imkan vermir. Lakin heç kim heç nədən sığorta olunmayıb. Bəlkə də, bu oyunları oynayanlar, bu ləyaqətsizliklərə imza atanlar elə heç bir mənəvi dəyəri olmayan ailədə tərbiyə alanlar tərəfindən həyata keçirilir. Biz özümüzü onlardan necə uzaq tuta bilərik?

Məncə hər bir valideyn, müəllim, jurnalist, ictimai fəal ən azı öz ətrafında bir fərq yarada bilər. Uşaq yaşda qızın ərə verilməsi məsələsinə “bizim bölgədə belədir” deyə haqq qazandıran birini susdurmaq, bir azyaşlının həyatına zəhər qatılan anı görüb reaksiya vermək, hüquq-mühafizə orqanlarına xəbər vermək bəlkə də bir insanın taleyini xilas edə bilər.

Biz bu oyunların içində olmaya bilərik, amma susaraq iştirakçısına çevrilirik.

Elnur Məmmədli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see615

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see588

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see586

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see493

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see398

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see375

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see360

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see332

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see326

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see320

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see315

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see314

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see308

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see308

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see304

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see296

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri