Hər üç qadından biri zorakılığa məruz qalır Bahar Muradova
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dünyada statistikadan da bəllidir ki, hər üç qadından biri həyatı boyu fiziki və ya digər zorakılığa məruz qalır. Bu, problemin miqyasını və onun aradan qaldırılması üçün daha təsirli tədbirlərə böyük ehtiyac olduğunu göstərir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 25 noyabr – Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq yalnız ənənəvi sosial münasibətlərlə məhdudlaşmır, rəqəmsal mühitdə də yeni forma və məzmunlar əldə edir.
Komitə sədri vurğulayıb ki, gender əsaslı zorakılığa yalnız hüquq pozuntusu kimi deyil, insan hüquqlarına, ictimai təhlükəsizliyə, ailə institutuna, milli dəyərlərə və cəmiyyətin dayanıqlı inkişafına mənfi təsir göstərən kompleks problem kimi yanaşılmalıdır.
Bahar Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətdə ardıcıl dövlət siyasəti həyata keçirir. Son illər qanunvericiliyin təkmilləşdirilməsi, zərərçəkmişlərin müdafiə imkanlarının genişləndirilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Noyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















