Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

15 yaşlı qızların dodaq dolğusu, saç boyası, makiyaj arzusu Valideynlərə SOS

15 yaşlı qızların dodaq dolğusu, saç boyası, makiyaj arzusu Valideynlərə SOS

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər yeniyetmə qızlar arasında yaşlarından böyük görünmək meyli artıb. Məktəbli yaşda olan uşaqlar arasında dırnaq qaynağı, saç boyama, hətta dodaq dolğusu etdirmək kimi hallara tez-tez rast gəlinir. Bu isə valideynlərdə və mütəxəssislərdə ciddi narahatlıq yaradır. Cəmiyyətin bir çox üzvü bu meylin əsas səbəbi kimi sosial şəbəkələrin, xüsusilə "TikTok"un təsirini göstərir.

Yenisabah.az məsələni pedaqoq-psixoloq Zeynəb Əyyubova ilə müzakirə edib:

"Yeniyetməlik dövrü insan həyatında şəxsiyyətin formalaşdığı, kimlik axtarışının başladığı çox həssas bir mərhələdir. Bu dövrdə gənclər “mən kiməm?”, “cəmiyyət məni necə qəbul edir?” suallarına cavab axtarırlar. Yaşlarından böyük görünmək istəyi isə əslində bəyənilmək, diqqət çəkmək və özünü cəmiyyətə sübut etmək ehtiyacından qaynaqlanır. Onlar düşünürlər ki, “böyüklər kimi görünmək – dodaq dolğusu, saç boyama, makiyaj etmək” onlara daha çox dəyər qazandıracaq.

Sosial şəbəkələr, xüsusilə "TikTok" və "İnstagram" bu tendensiyanın güclü katalizatorudur. Bu platformalarda filtrlənmiş, montajlanmış və çox vaxt real olmayan gözəllik standartları nümayiş olunur. Yeniyetmələr isə bu “idealları” gerçək kimi qəbul edirlər və onlara çatmaq üçün cəhd göstərirlər. Problem ondadır ki, bu yaşda onların tənqidi düşünmə bacarığı tam inkişaf etməyib, yəni gördüklərini sorğulamaq əvəzinə təqlid edirlər. Beləliklə, xarici görünüşə həddindən artıq fokuslanma baş verir".

 Zeynəb Əyyubova bildirib ki, əgər uşaqlar dəyər hissini yalnız görünüş üzərindən formalaşdırırlarsa, bu, gələcəkdə ciddi psixoloji fəsadlara yol aça bilər:

"Əgər uşaqlar dəyər hissini yalnız görünüş üzərindən qururlarsa, bu gələcəkdə özünüqiymətləndirmə problemləri, bədən imici pozuntuları, depressiya, hətta anksiyete kimi psixoloji fəsadlara səbəb ola bilər. Onlar özlərini daim başqaları ilə müqayisə edəcəklər, heç vaxt kifayət qədər gözəl, kifayət qədər arıq və ya cazibədar olduqlarını düşünməyəcəklər. Bu da daxili boşluq və narazılıq hissini artıracaq".

Ekspert deyib ki, bu vəziyyətə tam qadağalarla deyil, maarifləndirmə yolu ilə yanaşmaq daha doğrudur:

"Valideyn uşağın nə hiss etdiyini, niyə belə görünmək istədiyini anlamalıdır. Məsələn, “niyə dırnaq qaynağı etmək istəyirsən?” sualını verərkən onu qınamaq deyil, anlamağa çalışmaq lazımdır. Qız övladınıza dəyərin yalnız görünüşlə ölçülmədiyini, biliyin, mərifətin və şəxsiyyətin daha qalıcı və dəyərli olduğunu izah edin. Əgər ana özü daim görünüşü ilə məşğuldursa, uşaq da bu davranışı təkrarlayacaq.

Tam qadağa yox, izlədikləri kontenti analiz etmək, zərərli təsirlərini onlarla birlikdə dəyərləndirmək lazımdır. Əgər uşaqda həddindən artıq özünü bəyənməmə, komplekslər və ya depressiv hallar müşahidə olunursa, vaxtında müdaxilə vacibdir".

Aydan Hacıbalazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri