Icma.az
close
up
RU
150 bal təhsil sisteminin aldığı ən ağır qiymətdir! TƏHLİL

150 bal təhsil sisteminin aldığı ən ağır qiymətdir! TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ali məktəblər orta təhsili olmayanlara diplom verməyə çalışır"

Yeni qəbul qaydalarına etiraz edən subbakalavrlar sosial şəbəkələrdə narazılıqlarını ifadə etməyə davam edirlər. Onlar hesab edirlər ki, 150 balla daha geniş ixtisas seçimi imkanının yaradılması kollec məzunlarının illərlə göstərdiyi zəhmətin dəyərini azaldır və qəbul prosesində ədalətli rəqabət prinsipini pozur.

Paylaşılan çoxsaylı rəylərdə subbakalavrlar bildirirlər ki, kollecdə 2–3 il ərzində yüksək akademik göstəricilər əldə etmək üçün ciddi əmək sərf ediblər. Onların fikrincə, yeni qaydalar nəticəsində bu zəhmət lazımi səviyyədə qiymətləndirilmir.

Rəylərdə əsasən qəbul sisteminin həm abituriyentlər, həm də subbakalavrlar üçün bərabər və ədalətli olması tələb olunur. Bir sıra istifadəçilər aidiyyəti qurumlara müraciət edərək qərarın yenidən nəzərdən keçirilməsini, subbakalavrlar üçün əlavə plan yerlərinin ayrılmasını və məsələ ilə bağlı rəsmi açıqlama verilməsini istəyiblər.

Şərhlərdə "minlərlə subbakalavrın təhsil hüququnun məhdudlaşdırıldığı", "illərlə çəkilən zəhmətin nəzərə alınmadığı" və "qəbul qaydalarında balansın qorunmasının vacibliyi" kimi fikirlər də səsləndirilib. Bununla yanaşı, bəzi istifadəçilər mövcud qərarı dəstəkləyərək universitetə qəbulun yalnız imtahan nəticələri əsasında həyata keçirilməsinin daha doğru olduğunu bildiriblər.

Beləliklə, sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, yeni qəbul qaydaları subbakalavrlar arasında ciddi narazılıq yaradıb və onların bir qismi qərarın yenidən nəzərdən keçirilməsini tələb edir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2026-cı ildən etibarən 150 balla qəbul mümkün olan ixtisasların siyahısını genişləndirib. Yeniliyə əsasən, I və II ixtisas qruplarında mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, maliyyə, menecment, mühasibat və logistika kimi bir sıra ixtisaslara ödənişli əsaslarla 150 balla qəbul mümkün olacaq. Bəzi aqrar və IV qrup ixtisaslarında isə əvvəlki illərdə olduğu kimi həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak imkanı saxlanılıb. Dövlət sifarişi ilə qəbul üçün isə minimum 200 ümumi bal və ikinci mərhələ üzrə ən azı 100 bal tələbi qüvvədə qalır.

Mövzunu şərh edən təhsil eksperti İlham Əhmədov Sherg.az-a bildirib ki, bəzi ixtisaslara qəbul üçün minimum balın 150-yə endirilməsi təhsil sistemindəki keyfiyyət problemlərinin göstəricisidir.

Onun sözlərinə görə, 700 ballıq sistemdə 150 bal cəmi 20 faizlik nəticəyə uyğundur: “Əvvəllər attestat almaq və ali məktəbə qəbul olunmaq üçün daha yüksək bilik səviyyəsi tələb edilirdisə (60 %) hazırda bu hədd xeyli aşağı düşüb (20 %). Bu vəziyyət ümumtəhsil sistemində keyfiyyətin, mənimsəmə səviyyəsinin çox ciddi şəkildə zəiflədiyini göstərir.

Minimum qəbul balının aşağı saxlanılmasının əsas səbəblərindən biri universitetlərdə artan plan yerlərinin doldurulmasıdır. Məktəblərdə tədrisin keyfiyyətinin zəifləməsi, repetitorluğun geniş yayılması və real islahatların aparılmaması bu prosesi daha da dərinləşdirir: “150 ball (20% və ya 5 ballı sistemdə "1" qiyməti) həm də bizim təhsil sisteminin bu gün aldığı real qiymətdir. Bu qiyməti ona DİM vermir, ETN özü qazanır, necə deyərlər öz "halal" qiymətidir. Bu sadə statistikadır. 

Əvvəllər də yazmışdıq, attestat almağa biliyi çatmayanlara biz həm attestat, həm ali təhsil, həm də 4 ildən sonra diplom veririk. Yəni, orta təhsili olmayanlara universitetlərimiz ali təhsil verməyə cəhd edir. Belə təhsil sistemi quran ETN-nin özü sertifikasiyadan keçə bilərmi? Təbii ki, yox. 

Bəs necə olur ki, sertifikasiyadan kəsilən müəllim işini itirir, kəsilməsə də  maaşı cüzi artır, amma sertifikasiyadan kəsilən təhsil menecerlərinin maaşı 3-4 qat artır? 

Bu keyfiyyətlə (20 %) ETN ölkənin insan kapitalını necə formalaşdıracaq? 

Belə insan kapitalı ilə dünyanln sürətli inkişaf etdiyi bir mərhələdə innovativ iqtisadiyyat qurmaq, rəqəmsal transformasiya etmək mümkündürmü? 

ETN hansı möcüzəyə güvənir? 

150 balla tələbə qəbul etməkdənsə, elə attestatla, imtahansız tələbə qəbulu aparmaq daha yaxşı olar.  Ən azından repetitorluq ləğv olunar, məktəbdə normal tədris prosesi bərpa olunar, təhsilin keyfiyyəti də qismən artardı. Biz əvvəllər də bu təklifi vermişdik, amma  ETN bəyənmir bunu. Görünür 150 balla qəbul və repetitorluğun saxlanılması onlara “əl verir”.

Ekspert bildirib ki, dövlət ümumtəhsil sisteminə hər il milyardlarla manat vəsait ayırsa da, məzunların əhəmiyyətli hissəsi qəbul imtahanlarında aşağı nəticə göstərir. O hesab edir ki, bu vəziyyət ayrılan maliyyə vəsaitinin və təhsil idarəçiliyinin səmərəliliyi ilə bağlı suallar yaradır: “Dövlətin ümumtəhsil məktəblərinə hər il xərclədiyi 2,6 milyard manat, ETN menecerlərinin  səriştəsizliyi səbəbi ilə səmərəsiz israf edilir. Nəticədə təhsilə qoyulan bu invetisiya gələcəkdə ölkə iqtisadiyyatında əlavə dəyər yaratmır”.

Subbakalavrların etirazına gəldikdə isə İlham Əhmədov qeyd edib ki, yaranmış gərginliyin əsas səbəbi qəbul qaydaları deyil, ümumilikdə təhsil sistemində mövcud olan keyfiyyət problemləridir. Onun sözlərinə görə, orta təhsildə bilik səviyyəsinin aşağı olması ali məktəblərə 150 və ya 200 balla qəbul imkanlarının yaradılmasını zəruri edir: 

“Halbuki 100 bal, 150 ball toplayana heç attestat düşmür, nəinki o ali təhsil almaq.  

Belə aşağı nəticə göstərən məzunların ali təhsil proqramını mənimsəməsi ciddi suallar doğurur. Nazirlik  bilir ki, məktəbdə təhsilin keyfiyyəti  istənilən səviyyədə deyil və şagirdlərin böyük hissəsi repetitor hazırlığından asılıdır. Digər tərəfdən isə ali məktəblərə qəbul planı artırılır. 

Hazırda universitetlrə qəbul planı təxminən 65 min nəfər olsa da, bunun 75 minə çatdırılması nəzərdə tutulur. Şagird məktəbdə normal təhsil almır, universitetə qəbul üçün əsasən əzbərçiliyə və repetitor hazırlığına güvənir. Süni intellekt dövründə əzbərçilik təhsil deyil.  Təhsil düşüncə formalaşdırmalıdır. Amma bizdə DİM, MİQ, sertifikasiya imtahanı və s. hamısı əzbərçiliyə əsaslanır.  

Digər tərəfdən məktəbdə tədris prosesi pozulduğu üçün maddi imkanı olan şagirdlər repetitor yanına gedir, imkanı olmayanlar isə daha ucuz olan hazırlıq kursları ilə kifayətlənməli olurlar. Bəziləri isə maddi səbəblərlə heç kurslara da gedə bilmirlər. Nəticədə təhsilə əlçatanlıq pozulur, kifayət qədər gərgin və ziddiyyətli vəziyyət yaranır.

Bir sözlə, subbakalavrlarla bağlı yaranan narazılığa görə nə Dövlət İmtahan Mərkəzini, nə də subbakalavrları günahlandırmaq olmaz.  Dövlət ali təhsilə çıxışı genişləndirmək üçün qəbul planını artırır və kolleci yüksək nəticə ilə bitirənlərə imtahansız universitetə qəbul imkanı yaradır. Lakin təhsil sistemində məktəbdən universitetə qədər yığılıb qalan problemlər belə  ziddiyyətli vəziyyətlərin yaranmasına səbəb olur. Nazirin özü də etirf etdiyi kimi: təhsilimiz sanki, tərsinə qurulub . Bəli. Özü də yuxarıdan aşağıya doğru. Ona görə də təhsildə kələfin ucu itib”.

İlham Əhmədovun fikrincə, təhsil sahəsində əsas problem sistemli təhlilin və uzunmüddətli strategiyanın olmamasıdır: “Təhsil menecerlərində  potensial yoxdur ki, problemləri düzgün təhlil eləsinlər, həll yolunu tapsınlar. Mütəxəssislərin təkliflərini də nəzərə alınmır, elmi-analitik yanaşma zəifdir. Təhsilə dair ciddi elmi mərkəzlər yoxdur, beyin mərkəzləri yoxdur.  Ənənnəvi olaraq  “Təhsil İnstitutu” (ARTİ) bu işlə məşğul idi, son 10 ildə onu da çökdürdülər, etdilər “Təlim Mərkəzi”. Biz dövlət olaraq iqtisadiyyatda rəqəmsal keçid etmək istəyirik, innovasiya iqtisadiyyatı yaratmaq istəyirik. Bunun üçün yüksək keyfiyyətli insan kapitalına ehtiyac var.  Amma bizim təhsil sistemi 25 ildə hələ də neft kapitalını insan kapitalına çevirə bilmədi. 

Azərbaycan rəqəmsal transformasiya və innovativ iqtisadiyyat qurmağı hədəfləyirsə, ilk növbədə keyfiyyətli insan kapitalının formalaşdırılmasına və təhsil sistemində kök atmış kompleks problemlərinin həllinə nail olmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Avqust 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri