Icma.az
close
up
RU
150 balla peşəkar kadr olmaq olar?

150 balla peşəkar kadr olmaq olar?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb”. 

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu bal tələbi ilə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək mümkündür: 

“Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə abituriyentlərin ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə minimum 100 olmalıdır. I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbul mümkündür. 

Bundan başqa, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları da bu siyahıya əlavə edilib”. 

DİM sədri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak mümkündür. 

“II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul mümkündür. 2026-cı ildən etibarən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da bu siyahıya daxil edilib. 

III ixtisas qrupu üzrə muzey işi, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir”. 

Qəbul balının aşağı olması gələcəkdə əmək bazarında mütəxəssislərin keyfiyyətinə necə təsir göstərə bilər? 

Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”- a bildirib ki, 150 ballıq ixtisaslar əvvəl də mövcud idi. Sadəcə, bu il I və II ixtisas qruplarında həmin ixtisasların sayı bir qədər genişləndirilib: 

“Düzdür, 150 ballıq ixtisasları bitirən bəzi məzunlar var ki, təhsili başa vurarkən yüksək akademik göstəricilər nümayiş etdirirlər. Amma ümumilikdə düşünürəm ki, keçid balları daha yüksək müəyyənləşdirilsə, bu, gələcəkdə əmək bazarına daha yaxşı, ixtisaslı kadrların çıxmasına imkan yaradar. Abituriyentlərin hazırlıq səviyyəsi, demək olar ki, aşağıdır. 

Eyni zamanda, informasiya texnologiyalarından geniş istifadə onların oxumağa marağını azaldır və nəticə etibarilə topladıqları ballar da aşağı düşür. Bu, təhsil sisteminin deyil, daha çox abituriyentlərin təhsilə yanaşmasından qaynaqlanan problemdir”. 

Ekspert qeyd edir ki, balların aşağı olması və bu şəkildə hazırlanan kadrların əmək bazarına çıxması gələcəkdə keyfiyyətli mütəxəssis hazırlığına ciddi mənfi təsir göstərə bilər. 

Aişə 
“Cebheinfo.az”

 

Açar sözlər: bal Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Avqust 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri