Icma.az
close
up
RU
150 illik Azərbaycan mətbuatı: “Beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilib”

150 illik Azərbaycan mətbuatı: “Beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilib”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan milli mətbuatının inkişafı dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılır. 

Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin imzaladıqları müvafiq sərəncamlar əsasında milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında yüksək səviyyədə qeyd edilib. 

Bu əlamətdar yubileylər təkcə jurnalistikamızın zəngin tarixinin layiqli şəkildə qiymətləndirilməsi deyil, həm də nəsillərin media ənənələrini yaşatmasına və milli informasiya məkanının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə geniş imkan yaradıb. 

Bu təşəbbüslər Azərbaycan mediasının gələcək inkişafına hansı təsirləri göstərib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam ölkəmizin media sahəsində dövlət qayğısının bariz nümunəsidir. O qeyd edib ki, Azərbaycan mediası həm peşəkarlığı, həm də vətənpərvərliyi ilə seçilir: 

“Bu il milli mətbuatımızın 150 yaşı tamam olur. “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək formada qiymətləndirilir. 

Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri, gələcək fəaliyyətin parlaq olması üçün kompleks tədbirlər görülməsini ehtiva edir. Dövlət başçısının bu Sərəncamı ümumilikdə Azərbaycan mediasına diqqət və qayğının yüksək nümunəsidir. 

Son 30 il müddətində cəbhə xəttinə yollanan, Qarabağ həqiqətlərini işıqlandırmaq, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istəyən 11 nəfər media işçimiz fəaliyyətini yerinə yetirərkən şəhid olub. 80-nə yaxın jurnalistimiz fiziki xəsarətlər alıb. 

Yəni Azərbaycan mediası həm peşəkar, həm də vətənpərvərdir. Sözü, qələmi ilə informasiya məkanımızı qoruduğu kimi, yeri gələndə canı və qanı bahasına torpaqlarımızın keçiyində dayanır. Bu iki komponentin vəhdətdə olması, Azərbaycan mediasının simasını müəyyən edir”. 

Media ekspertinin sözlərinə görə, Azərbaycan tərəqqipərvər, ictimai əhəmiyyət daşıyan media nəzəriyyələrinin, tendensiyaların yaradıcısına çevrilib: 

“Milli media subyektləri əvvəllər yalnız Azərbaycana qarşı yönələn informasiya hücumlarına cavab verir, müdafiə məzmunlu çıxışlar edirdilər. İndi isə önləyici tədbirlər alır, ölkənin maraqları ilə bağlı məsələlərdə maraqlı araşdırmalar apara, yeni faktlar tapıb təqdim edə bilirlər. 

Beləliklə, rəqib ölkələrin media subyektlərində və sosial şəbəkə seqmentində cavab reaksiyalarına, istinadlara səbəb olurlar. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri də budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. 

Çap, onlayn, audiovizual media subyektlərinin, informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsini müəyyənləşdirir. Qanun rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. 

Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin də statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir ki, bu da yeni media alətlərinin inkişaf etdiyi bir dövrdə son dərəcə zəruridir. Eyni zamanda, peşəkar jurnalistikanı qoruyub yaşatmaq istəyən dünya ölkələri üçün bir örnəkdir”. 

Müşfiq Ələsgərli bildirib ki, dövlət milli informasiya məkanınında etimadlı xəbərin çəkisini artırmaq üçün həmin etimadlı xəbəri istehsal edən peşəkar media subyektlərinə dəstək göstərir: 

““Media haqqında” Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. 

Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb. 2009-2020-ci illərdə ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə, qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. 

Son 3 ildə hər il üzrə 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. 

Dövlətin verdiyi dəstək ölkədə KİV qollarının paralel inkişafını təmin edir. Son 4 il müddətində verilən sistemli dəstəyə uyğun olaraq, Azərbaycanın peşəkar milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyaraq, milli informasiya məkanında tam söz sahibinə, həmçinin beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: 150 illik Müşfiq Ələsgərli əkinçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri